COP29 antiazərbaycançı dairələr üçün ən yaxşı cavab olacaq

 

 

"Bir ildən az idi ki, Azərbaycan COP29 beynəlxalq konfransına hazırlaşırdı. Dövlət başçısının tapşırığına əsasən, təşkilat komitəsi yaradılaraq qısa zaman kəsiyində hazırlıq işlərinə start verildi. Zamanın az olmasına baxmayaraq, Azərbaycan COP29-a çox yüksək səviyyədə hazırlaşdı".

Bunu "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O xatırladıb ki, COP29-la bağlı infrastruktur formalaşdırılıb, yollarda yeni qaydalar tətbiq olunub qonaqların ölkəmizdə rahat təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. COP29-un Azərbaycanda keçirilməsinə görə Qərbdən qısqanaraq təzyiqlər göstərməyə çalışanlar olsa da, ölkəmiz müstəqil siyasət yürütdüyü üçün heç bir qara qüvvə istəyinə çata bilmədi. Azərbaycan COP29-da nümunəvi modelini yaratdı.

COP29-da iştirakla bağlı 70 mindən çox şəxsin qeydiyyatdan keçdiyini xatırladan deputat deyib ki, noyabrın 11-dən başlayaraq dünyanın nəbzi Bakı ilə döyünməyə başlayıb: "Ölkəmizə gəlmiş çoxsaylı qonaqlar COP29-la bağlı tədbirlərdə iştirak edir müxtəlif mövzularda müzakirələr aparırlar. Bu gün dünyanı iqlim dəyişiklikləri ilə bağlı məsələ  çox narahat edir. Atmosferə atılan karbon emissiyalarının artması canlı aləmin gələcəyi üçün böyük təhlükəyə çevrilir. İqlimin istiləşməsi buzlaqların əriməsinə okeanlarda suyun səviyyəsinin artmasına səbəb olur. Bu da bir çox ölkələri suyun altında qalma təhlükəsi ilə üzləşdirir. Digər tərəfdən, iqlimin istiləşməsi quraqlıqların artmasına, şirin suların azalmasına su hövzələrinin qurumasına gətirib çıxarır.  Məhz bu halların sürətlənməməsi üçün ciddi tədbirlərin görülməsi vacibdir".

Deputat qeyd edib ki, Azərbaycan COP29-a ciddi təşəbbüslərlə zəngin gündəlik təqdim edib. Ölkəmiz konfransın nəticəyönümlü olmasına çalışır. Biz ilk gündən dünyada körpülərin salınmasına həmrəyliyin formalaşdırılmasına çalışdığımızı bildirmişik. Həqiqətən bu gün iqlim dəyişikliklərinə qarşı mübarizəni genişləndirmək üçün qlobal həmrəyliyin  nümayiş etdirilməsi vacibdir. Ölkəmiz İqlim maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasını bu fondun maliyyəsinin 1 milyard dollardan 2 trilyon dollara qədər artırılmasını təklif edir. Amma təəssüf ki, iqlimi ən çox çirkləndirən iqlim dəyişikliklərinin sürətlənməsinə ən çox təsir göstərən Qərb ölkələri COP29-dan müxtəlif bəhanələrlə yayınmağa çalışır. "Hər bir ölkə bu məsələlərdə aktiv iştirak etməli iqlim dəyişmələrinin sürətlənməsinə səbəb olan  inkişaf etmiş ölkələr daha çox maliyyə ödəməlidirlər. Bakıda keçirilən COP29 iqlim dəyişikliklərinə qarşı mübarizədə qlobal həmrəyliyə nail olunan beynəlxalq konfrans kimi tarixə düşəcək", - deyə o əlavə edib.

A.Badamov bildirib ki, COP29-un ölkəmiz üçün  müxtəlif istiqamətlərdə əhəmiyyəti var.  Prezident İlham Əliyev ölkəmizə gələn bütün dövlət hökumət başçıları ilə ikitərəfli görüşlər keçirir ki, bu da əməkdaşlıq imkanlarını genişləndirmək baxımından çox əhəmiyyətlidir. Tədbir həm Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək. Azərbaycan təsdiq etdi ki, COP29 kimi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edə bilir. Bunun üçün ilk növbədə ölkənin iqtisadi güc amili mühüm rol oynayır. Məhz iqtisadi imkanlarımız sayəsində qısa zaman kəsiyində bu böyük tədbirə evsahibliyi üçün hazırlıq işləri nümunə kimi görüldü.

COP tədbirlərinin siyasi sabitliyi təmin etmiş ölkələrdə keçirildiyini qeyd edən deputat bildirib ki, belə konfranslarda 100-dən çox dövlət hökumət başçısı bir araya gəlir: "Əgər siyasi sabitlik olmasa, onların  bir yerdə tədbirdə iştirakı mümkün deyil. Bu baxımdan Azərbaycanın siyasi sabitlik təhlükəsizliyi təmin edən ölkə olduğunu dünya ictimaiyyəti qəbul edib. Ölkəmizə gələn yüksəksəviyyəli qonaqlar öz gözləri ilə bir sabitlik adasına gəldiklərinin şahidi olurlar. Bu da ölkəmizin dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir". 

Konfransın ölkəmizə, həmçinin iqtisadi dividendlər qazandırdığını deyən siyasətçi bildirib ki, bu  beynəlxalq tədbir ölkəmizin bərpaolunan enerji qeyri-neft sektoruna investisiya axınının sürətlənməsinə töhfə verəcək. Çünki sərmayədarlar iqtisadiyyatı dinamik inkişaf edən, siyasi sabitliyi təmin olunmuş ölkələrdə investisiyalar yatırmaqda maraqlıdırlar. O cümlədən ölkəmizin iqtisadi potensialı investisiya mühiti sərmayəçilər üçün maraqlıdır.  COP29-a gəlmiş müxtəlif sahələri əhatə edən qonaqlar ölkəmizin iqtisadi potensialı ilə tanış olmaq imkanına malik olacaq, bu da gələcəkdə ölkəmizə marağın daha da artmasına gətirib çıxaracaq.

A.Badamov bildirib ki, konfrans həm ölkəmizin turizm potensialının təbliği baxımından çox yaxşı fürsətdir: "Gələn  qonaqlar ölkəmizin mədəniyyəti, tarixi yerləri, işğaldan azad olunmuş ərazilərin turizm potensialı, mətbəxi gəzməli yerləri ilə tanış ola biləcəklər. Bu da həmin şəxslərin gələcəkdə ölkəmizə səfər etməsinə, o cümlədən öz ölkələrinə qayıtdıqdan sonra ətrafında olan insanlara ölkəmiz haqqında məlumat vermələrinə imkan verəcək. Ölkəmizdəki sabit təhlükəsiz mühit dünya ictimaiyyətində Azərbaycana marağın artmasına səbəb olacaq. Həm   turizm sektorunda aktivliyin artması yeni yerlərinin açılmasına qeyri-neft sektorunun digər sahələrinin inkişafına impuls verəcək".

Deputat vurğulayıb ki, COP29 Azərbaycanı dünyada ləyaqətli etibarlı tərəfdaş kimi  bir daha tanıdacaq. Bu da beynəlxalq arenada sözümüzün gücünün artmasına mövqelərimizin möhkəmlənməsinə töhfə verəcək. Bu gün islamofob antiazərbaycançı kampaniyalar apararaq nüfuzumuza xələl gətirmək istəyən qəlbiqara riyakar dairələr var. COP29  antiazərbaycançı islamofob baxışlarını sərgiləyən bütün dairələr üçün ən yaxşı cavabımızdır.  

 

 

Əsmər QABİLQIZI,

Azərbaycan.-2024.- 13 noyabr (¹ 249).- S.14.