Daha
çox təhlükəyə
məruz qalan kiçik ada dövlətlərinə kömək
etmək COP29-un tarixi missiyasıdır
Məlumdur ki,
Azərbaycan COP29 üçün sülh, maliyyə, insan kapitalı, su və bir sıra
digər məsələləri
ehtiva edən 14 təşəbbüsdən ibarət
iddialı Fəaliyyət
Gündəliyini aylar
öncə hazırlayıb.
Sənəddə iqlim
dəyişikliyi kontekstində
dünyanı narahat edən əsas məsələlər öz
əksini tapıb.
Ölkəmiz artıq
bu məsələlərin,
o cümlədən kiçik
ada dövlətlərinin üzləşdiyi
problemlərin aradan qaldırılması, qabaqlayıcı
tədbirlərin görülməsi
istiqamətində konkret
qərarların qəbul
olunaraq icraya yönəldilməsini vacib
hesab edir, bu yöndə müvafiq addımlar atır. Kiçik ada dövlətləri üzərində aparılan
araşdırmalar göstərir
ki, qabaqlayıcı tədbirlər görülməzsə,
XXI əsrin ortalarına
qədər milyonlarla
insanın yaşadığı
bu ölkələrin
böyük əksəriyyətini
fəlakətlər gözləyir.
Bu balaca ada dövlətlərində
iqlim dəyişmələrinin
fəsadları dəniz
səviyyəsinin dəyişməsi
fonunda daha aydın görünür.
Ona görə də vaxt itirmədən
onları xilas etmək lazımdır. Təbii ki, fəlakətlər nəticəsində
ortaya çıxan problemlərin həlli kiçik ada dövlətlərinin maliyyə
imkanları xaricindədir.
Doğrudur, bir çox kiçik ada dövlətləri iqlim dəyişmələri
ilə mübarizə
aparmaq və unikal mədəniyyətlərini
qorumaq üçün
müxtəlif tədbirlər
görürlər. Amma
coğrafi təcrid, məhdud resurslar və iqtisadi imkanların aşağı
səviyyədə olması
onların əksəriyyətinin
istənilən nəticəyə
nail olmasını mümkünsüz edir.
Təəssüf ki,
bəzi dövlətlər
iqlim dəyişmələri
ilə mübarizədə
bu cür imkansız dövlətlərə
kömək etmək baxımından onlara lazımınca diqqət ayırmırlar. Amma
COP29-a evsahibliyi edən
Azərbaycan sözügedən
məsələyə yanaşmanı
dəyişmək, beynəlxalq
ictimaiyyətin diqqətini
həm də kiçik ada dövlətlərinin iqlim
dəyişmələri nəticəsində
üzləşdiyi problemlər
üzərində cəmləşdirmək
məqsədilə lazımi
addımlar atır. Bu istiqamətdə Azərbaycanın
göstərdiyi fəaliyyət
dünyada, o cümlədən
kiçik ada dövlətlərində təqdir
olunur, alqışlanır.
Məhz ölkəmizin
təşəbbüsləri sayəsində kiçik
ada dövlətlərinin iqlim dəyişmələri nəticəsində
üzləşdiyi problemlərin
əsaslı şəkildə
COP29-da həlli gözlənilir.
Prezident İlham
Əliyev hələ oktyabrın 10-da Bakıda keçirilən
Pre-COP29 tədbirinin iştirakçılarına
ünvanladığı müraciətində
demişdi: "Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb
olduğu çağırışların
həllini prioritet olaraq müəyyənləşdirmişik.
Azərbaycan bu dövlətlərə kömək
etməyi özünə
mənəvi borc hesab edir və
onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər
Birliyi təşkilatı
çərçivəsində dəstək göstərir.
Bununla belə qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, ən az
inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına
cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin razılaşdırılmasından
ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım
tələb edir".
Əslində, ölkəmizin
kiçik ada dövlətlərinin iqlim
dəyişmələri ilə
bağlı üzləşdikləri
problemlərə diqqət
ayırması təsadüfi
deyil. Bu gün bəşəriyyəti
də rahatsız edən məsələ dəniz səviyyəsinin
qalxması, daşqın
və fırtınaların
intensiv baş verməsidir. Ekoloq və meteoroloqların apardığı tədqiqatlar
nəticəsində məlum
olub ki, dünya okeanının səviyyəsi 100 ildən
artıqdır ki, durmadan yüksəlir. Təkcə ötən əsrdə bu artım 17 santimetr təşkil edib. Artımın davam etməsi ölkələrin
əksəriyyətinə ciddi
təsir edəcək.
Məsələn, dəniz
səviyyəsi 1 metr qalxarsa, Misirin əkin sahələrinin
15, Banqladeşin əkin
sahələrinin 14 faizi
su altında qalacaq, milyonlarla insan öz evindən
didərgin düşəcək.
Ən ağrılısı
isə odur ki, bütün bu fəlakətlər kiçik ada dövlətlərinə digərləri
ilə müqayisədə
daha çox təsir edir. Qeyd edək ki, dəniz fəlakətləri bu dövlətlərin düzənliklərində
yaşayan heyvan növləri üçün
qida mənbəyi olan bitki nümunələrinə
də təsirsiz ötüşməyəcək.
Başqa misal: qlobal temperatur daha 2 dərəcə artarsa, isti su
mərcan riflərinin
99 faizə qədəri
öləcək. Mərcan
itkisi və dəniz səviyyəsinin
qalxması kiçik ada dövlətlərini yox olmaq təhlükəsi
ilə üz-üzə
qoyur. Çünki inkişaf
etməkdə olan bu kiçik ada dövlətlərinin çoxu qida və gəlir mənbələrinin əsasını
təşkil edən balıqçılıq üçün
mərcan qayalarından
asılıdırlar. Məsələn,
Vest-Hinddə, Karib dənizindəki Antiqua və Barbuda adlı kiçik ada dövlətini götürək. Məlumat
üçün bildirək
ki, Antiqua və Barbudanın sahəsi 443 kvadrat kilometr, əhalisi 92 min nəfərdir. Əhalisi əsasən qaradərili olan bu xalqın rəsmi dili ingilis dilidir. İnzibati cəhətdən
6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda 1981-ci ildən BMT-nin üzvüdür.
Antiqua təpəli mərcan adasıdır. Səthi cənub-qərbdə
vulkan mənşəli
yüksəkliklərdir. Sahil
xətti çox girintili-çıxıntılıdır. Barbuda adası da mərcan mənşəlidir.
Antiqua və Barbudanın iqlim məsələləri üzrə
səfiri Ruleta Kamaço Tomas COP29 tədbirinin iştirakçısıdır.
Səfir jurnalistlərə
müsahibəsində iqlim
dəyişmələrinin ada dövlətləri üçün ağır
fəsadlarına diqqət
çəkərək deyib:
"Biz gözləyirik
ki, iqlim dəyişmələri ilə
bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə
təsirinə gəldikdə,
dünya liderlərinin
qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid
edirik". Səfir vurğulayıb ki, suyun temperaturunun 30 fut dərinlikdə artıq 30 dərəcəyə
çatması mərcanların
kütləvi ağarmasına
səbəb olub. Bu, ölkənin turizm sənayesini dəstəkləyən ekosistemləri
təhdid edir və insanların sağlamlığına təhlükə
yaradır, çünki
həddindən artıq
istilik əlavə risklər törədir. Yüksək temperatur xəstəlikləri artırır
və ölkənin inkişafına əlavə
çətinliklər yaradır.
Odur ki, inkişaf məqsədlərinə
yönəldilmiş maliyyəni
iqlim dəyişikliyinə
cavab vermək üçün istifadə
etmək məcburiyyətindədirlər.
Energetika nazirinin
müavini, COP29-un baş
icraçı direktoru
Elnur Soltanovun da kiçik ada dövlətlərinə
maliyyə dəstəyi
ilə bağlı
"ədalətli proses
aparmaq istəyiriksə,
bu ölkələr nəzərə alınmalıdır"
sözləri Ruleta Kamaço Tomasın fikirləri ilə üst-üst düşür:
"Biz kolonializmin, imperializmin, işğalın,
yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilirik. Azərbaycanın sahib olduğu dəyərlərə
görə biz kiçik ada dövlətlərinin və
az inkişaf etmiş ölkələrin
qarşılaşdığı problemləri dərindən
hiss edirik. Onların iştirakının
müəyyən hissəsini
öz üzərimizə
götürməyimiz bizim
tarixi həssaslığımızın
iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır. Bizim şüarımız
da "yaşıl dünya" naminə həmrəylikdir. Həmrəylik
olmadan "yaşıl
dünya" mümkün
deyil".
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
13 noyabr (¹ 249).- S.14.