Türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir

 

 

Dünyada yüksək nüfuza malik, etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun lider dövləti olması Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayının artması ilə nəticələnib.

Ölkəmizin qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında digər qurumlarda aktiv fəaliyyəti daha da genişləndirib. Əksər ölkələrlə qarşılıqlı, faydalı əməkdaşlığın qurulması istiqamətində dövlətimizin səyləri öz səmərəsini verir.

Azərbaycanın bugünkü gələcək üçün nəzərdə tutulan xarici siyasətində prioritet məsələlərdən biri türk dünyası ilə münasibətlərin daha da inkişaf etdirilməsidir. Türkiyə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında dostluğa, qardaşlığa, əməkdaşlığa əsaslanan münasibətlər bütün dünyaya örnəkdir. Ölkələrimiz həm dar günlərində, həm sevincli məqamlarında bir-birilərinə mənəvi arxa, dayaq olduqlarını əməli fəaliyyətləri ilə nümayiş etdirirlər.

 

 

 

Dostluq qardaşlıq nümunəsi

 

 

Son illər dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, eləcə regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı Azərbaycanın region dövlətləri ilə əlaqələrinin gündən-günə möhkəmləndiyini göstərir. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində digər tədbirlərdə iştirakı, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışlarında ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Ötən il iyulun 22-də "China Global Television Network" telekanalında yayımlanan müsahibəsində dövlətimizin başçısı bildirmişdi: "Mən ötən il bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq".

 

Qeyd edək ki, Azərbaycan həm Şərqlə Qərb arasında, həm Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş, mühüm tranzit ölkədir.

 

Mərkəzi Asiya dövlətləri yaxın dost qardaş ölkə kimi Azərbaycanla əlaqələrə böyük önəm verdiklərini əməlləri ilə göstərirlər. Bu dövlətlər 2020-ci ildə baş verən Vətən müharibəsində sonrakı dövrdə Azərbaycanın haqq işinə öz dəstəklərini nümayiş etdirdilər. Mərkəzi Asiya region ölkələri dövlətimizin otuzillik işğala son qoyaraq azad etdiyi Qarabağ Şərqi Zəngəzur ərazilərində həyata keçirdiyi tikinti-bərpa, quruculuq işlərinə töhfələrini verməkdədirlər. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb tikildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilk dövlət səfərini Azərbaycana etdi. "Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir", - Özbəkistan Prezidenti dedi.

Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə qardaş Qazaxıstanın Azərbaycana töhfəsidir. Bu il martın 12-də keçirilən açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirdi: "Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm ölkələrimizin hökumətlərinin görəcəyi böyük həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram".

Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb isə daha bir qardaşlıq dəstəyidir.

Azərbaycan Mərkəzi Asiya ölkələri arasında böyük perspektivlər vəd edən qarşılıqlı əlaqələr yüksələn xətlə davam edir.

 

 

"COP tədbiri türk dünyasında ilk dəfə olaraq keçirilir"

 

 

Ötən ilin dekabrında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) namizədliyini yekdilliklə dəstəkləməsi beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin dəstəyinin təzahürü oldu.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əminliyini bildirdi. Dövlətimizin başçısı Bişkekdəki çıxışında türk dövlətlərinin Azərbaycanın yanında olduğunu qeyd etdi. Bu dəstəyi sözdə deyil, əməldə göstərdiklərini vurğuladı.

Qeyd etdiyimiz kimi, türk dövlətləri bir-birinin uğurunu öz uğuru kimi qəbul edir. Bu günlərdə dünyada ən mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, ölkəmizin bu böyük tədbirə yüksək səviyyədə, mükəmməl evsahibliyi etməsi, qonaqpərvərliyi türkdilli ölkələrdə fərəh fəxr hissi ilə qarşılanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Sadır Japarov başqaları iştirak etmək üçün Azərbaycana səfərə gəliblər.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev KİV-ə açıqlamasında bilidirib ki, COP tədbiri türk dünyasında ilk dəfə olaraq keçirilir bu, hamımız üçün böyük önəm daşıyır. TDT-nin Baş katibi qeyd edib ki, bu tədbir təkcə Azərbaycan üçün deyil, eyni zamanda türk dünyası üçün əhəmiyyətlidir: "Hazırda COP29-un əsas mövzularından biri "yaşıl dünya"dır. İqlim dəyişikliyi ilə mübarizə üçün bütün ölkələrin, liderlərin, ekspertlərin beynəlxalq təşkilatların bir araya gələrək həll yolları tapması olduqca vacibdir". Kubanıçbek Ömüralıyev ümid etdiyini bildirib ki, bu günlər ərzində maliyyələşdirmə məsələsi daxil olmaqla iqlim dəyişikliyinə qarşı həll yolları tapılacaq. TDT-nin Baş katibi COP29-un Bakıda keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

 

 

Asiya ölkələrinin COP-29-dan gözləntiləri böyükdür

 

 

Noyabrın 11-də COP29 öz işinə başlayıb. Azərbaycanın paytaxtına dünyanın müxtəlif ölkələrindən on minlərlə qonaq gəlib. Beynəlxalq tədbirin iştirakçıları qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, onunla effektiv mübarizə aparılması üçün müzakirələr aparır, həll yolları arayır, vacib təkliflər irəli sürür, çağırışlar edirlər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Mərkəzi Asiya dövlətləri fəal şəkildə iştirak edirlər. Qeyd edək ki, bu ölkələr iqlim dəyişiklikləri ilə mübarizəni prioritet məsələlərdən hesab edirlər. Azərbaycanda keçirilən dünyanın ən böyük iqlim tədbirindən Mərkəzi Asiya ölkələrinin gözləntiləri böyükdür. Belə ki, iqlim dəyişikliyi, ekstremal hava şəraiti, su çatışmazlığı digər problemlərlə üzləşən bu region ölkələri konfransın "yaşıl enerji" təşəbbüsləri iqlim maliyyələşdirilməsi məsələlərinə diqqət yetirməsindən əhəmiyyətli dərəcədə yararlana biləcəklərinə ümidlidirlər.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.15.