COP29 iqlim dəyişmələri
ilə bağlı məsələlərin müzakirəsi
baxımından önəmlidir
Prezident
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi
nazirini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 22-də
İsrail Dövlətinin
nəqliyyat və yol təhlükəsizliyi
naziri Miri Reqevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Miri
Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı
xahiş etdi.
Görüşdə Bakıda keçirilən
COP29-un əhəmiyyəti vurğulandı, iqlim dəyişmələri ilə
bağlı məsələlərin
müzakirəsi baxımından
bu tədbirin önəmli olduğu qeyd edildi.
Miri Reqev
COP29-un yüksək səviyyədə
təşkilinə görə
təbriklərini çatdırdı.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.1.