Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına

 

Hörmətli tədbir iştirakçıları!

 

Sizi - Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm.

Asiya Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir təcrübə mübadiləsinin aparıldığı nüfuzlu perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir. ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri xalqları arasında qarşılıqlı anlaşma etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. “Sülh barışıq axtarışımövzusu hazırkı reallıqlar, xüsusən dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr kəskin qarşıdurmalar fonunda xalqlar dövlətlər qarşısında duran ən vacib məsələlərdən strateji prioritetlərdən biridir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun beynəlxalq hüququn norma prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə onilliklər boyu davam edən böyük zərər yetirir.

Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir yekdil qənaətlərdən biri ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir.

Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır.

Sizə ən xoş arzularımı çatdırır 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm.

 

 

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 noyabr 2024-cü il

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.1.