Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
yekunlarına dair bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda
COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan Tərəf ölkələrin
ehtiyaclarını və
prioritetlərini nəzərə
alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi
məqsədini reallaşdırmağa
çalışdığı vurğulanıb.
“Biz səhər
erkən saatlarına qədər geniş və əhatəli məsləhətləşmələr apardıq. Biz bütün qruplara dünən səhər yaydığımız mətn
paketi ilə bağlı münasibət
bildirmək üçün
şərait yaratdıq
və onların konstruktiv iştirakına görə onlara minnətdarlığımızı bildiririk.
Məsləhətləşmələr
zamanı səsləndirilən
rəyləri və dünənki Qurultayda Tərəflərin fikirlərinin
nəzərə alaraq,
bu gün yenilənmiş mətnləri
dərc etmişik.
Bu mətnlər
COP29 üçün balanslaşdırılmış
və sadələşdirilmiş
paket təşkil edir. COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə
variant üzərində
konsensusa gəlməyə
çağırır”, - deyə
bəyanatda qeyd olunub.
Həmçinin bildirilib
ki, Tərəflərin
göstəricilərinin ilk
təzahürü olaraq
Yeni Kollektiv Kəmiyyət Məqsədi
ilə bağlı qərarda Tərəflərin
hamısına 2035-ci ilə
qədər bütün
dövlət və özəl mənbələrdən
iqlimlə bağlı
fəaliyyət üçün
inkişaf etməkdə
olan ölkələrə
maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq
üçün birlikdə
işləməyə dəvət
yer alıb.
Bu qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin
inkişaf etməkdə
olan ölkələrə
iqlim fəaliyyəti üçün ildə
100 milyard ABŞ dolları
məbləğində vəsaitin
birgə səfərbər
edilməsi məqsədinin
2035-ci ilədək 250 milyard
ABŞ dollarına çatdırılması
məqsədini ehtiva edir.
“Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri
kollektiv şəkildə
razılaşdırmaq üçün
Tərəflərlə birgə
işləməyə davam
edəcəyik.
Biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inkluziv və şəffaf şəkildə işləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.1.