"Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında",
"Konstitusiya Məhkəməsi
haqqında" və
"Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında
Əsasnamənin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci, 5-ci bəndlərini və
95-ci maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli
74-IQ nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, № 2, maddə 107 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə aşağıdakı
məzmunda 21-2-ci maddə
əlavə edilsin:
"Maddə 21-2. Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasının
Milli Məclis tərəfindən müəyyən
olunan üzvlərinin
seçilməsi
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyasının Milli
Məclis tərəfindən
müəyyən olunan
üzvləri deputatlar,
Azərbaycan Respublikası
Hesablama Palatasının
üzvləri və Azərbaycan Respublikasının
Milli Məclisi Aparatının rəhbərliyi
sırasından seçilir.
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyasının Milli
Məclis tərəfindən
müəyyən olunan
üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında
Milli Məclisin azı 63 deputatının
səs çoxluğu
ilə seçilir.
Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyasının tərkibinə
daxil edilməsi üçün irəli sürülən namizədlərin
seçilməsi Milli
Məclisin qərarı
ilə rəsmiləşdirilir.".
Maddə 2. "Konstitusiya
Məhkəməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, № 1, maddə
9 (Cild I) 6.8-ci maddəsinə
"keçirilməsi" sözündən sonra
", habelə Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasının
Konstitusiya Məhkəməsi
tərəfindən müəyyən
olunan üzvlərinin
seçilməsi" sözləri
əlavə edilsin.
Maddə 3. Azərbaycan
Respublikasının 2005-ci il
3 may tarixli 906-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, № 6, maddə 470 (Cild
I) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyası
haqqında" Əsasnamədə
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 3-cü maddə ləğv edilsin;
3.2. aşağıdakı
məzmunda 7.8-1-ci və
7.8-2-ci maddələr əlavə
edilsin:
"7.8-1. dövlət orqanlarında və digər qurumlarda aparılan korrupsiya risklərinin qiymətləndirilməsini
təhlil edir və nəticələrinə
uyğun olaraq tövsiyələr verir;
7.8-2. korrupsiyaya qarşı
mübarizə sahəsində
görülmüş işlər
və korrupsiya risklərinin qiymətləndirməsinin
nəticələri barədə
ictimaiyyətə məlumat
verir;";
3.3. 9-cu maddə aşağıdakı
redaksiyada verilsin:
"9. Komissiya 15 üzvdən
ibarətdir. Komissiyanın
5 üzvü müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən,
5 üzvü Azərbaycan
Respublikasının Milli
Məclisi tərəfindən,
5 üzvü isə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
tərəfindən müəyyən
edilir.";
3.4. aşağıdakı məzmunda 9-1 9-11-ci maddələr
əlavə edilsin:
"9-1. Komissiya üzvlərinin
səlahiyyət müddəti
5 ildir.
9-2. Komissiyanın müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən
üzvləri hüquq-mühafizə
orqanlarının rəhbərləri
və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) vəzifəli şəxsləri sırasından
təyin edilirlər.
9-3. Komissiyanın Azərbaycan
Respublikasının Milli
Məclisi tərəfindən
müəyyən olunan
üzvləri deputatlar,
Azərbaycan Respublikası
Hesablama Palatasının
üzvləri və Azərbaycan Respublikasının
Milli Məclisi Aparatının rəhbərliyi
sırasından seçilir.
9-4. Komissiyanın Azərbaycan
Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən
təyin edilən üzvləri məhkəmə,
prokurorluq, ədliyyə
orqanları və Vəkillər Kollegiyasının
nümayəndələrindən ibarətdir.
9-5. Komissiyanın fəaliyyətinə
rəhbərliyi və
işinin təşkilini
Komissiyanın sədri
həyata keçirir.
Komissiyanın sədri
onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
9-6. Komissiya üzvlərinin
səlahiyyətlərinə aşağıdakı hallarda
vaxtından əvvəl
xitam verilir:
9-6.1. öz arzusu
ilə;
9-6.2. tutduğu vəzifədən
azad edildikdə;
9-6.3. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü və ya tibbi
xarakterli məcburi tədbirlərin tətbiqinə
dair qanuni qüvvəyə minmiş
qərarı olduqda;
9-6.4. Azərbaycan Respublikasının
vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa
dövlət qarşısında
öhdəlik götürdükdə;
9-6.5. Komissiyanın nüfuzuna
xələl gətirə
biləcək hərəkətlərə
yol verdikdə;
9-6.6. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti
məhkəmənin qanuni
qüvvəyə minmiş
qərarı ilə təsdiq edildikdə;
9-6.7. vəfat etdikdə,
yaxud məhkəmə
tərəfindən ölmüş
və ya xəbərsiz itkin düşmüş elan edildikdə.
9-7. Komissiya üzvü
Komissiyadakı vəzifələrinin
icrası ilə maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda həmin maraqlar barəsində Komissiyanın
sədrinə məlumat
verməli və Komissiya üzvlərinin rəyi öyrənilməlidir.
Komissiyanın üzvü
Komissiya sədrinin və Komissiyanın digər üzvlərinin rəyinə uyğun olaraq, onun marağının
yarandığı məsələ
ilə bağlı çıxış etməməli
və səsvermədə
iştirak etməməlidir.
9-8. Komissiya ictimai
(ödənişsiz) əsaslarla
fəaliyyət göstərir.
9-9. Komissiya korrupsiyaya
qarşı mübarizə
sahəsində hüquqi
bazanın təkmilləşdirilməsi
üzrə işin təşkili və birgə tədbirlərin həyata keçirilməsi,
sahə üzrə tədqiqat, təhlil materiallarının hazırlanması,
dövlət proqramlarının
monitorinqi və qiymətləndirilməsi, cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
sahəsində müvafiq
tədbirlərin yerinə
yetirilməsi, habelə
maarifləndirmənin həyata
keçirilməsi üçün
dövlət orqanlarının
(qurumlarının) müvafiq
sahə üzrə nümayəndələrindən ibarət işçi qruplar yarada bilər.
9-10. İşçi qrupların tərkibinə
müvafiq sahələr
üzrə qeyri-hökumət
təşkilatları, media
subyektləri və özəl sektorun nümayəndələri, müstəqil
ekspertlər daxil edilə bilər.
9-11. İşçi qrupların hazırladığı
sənədlər Komissiyanın
iclaslarında müzakirəyə
çıxarıla və
müvafiq qərarlar qəbul edilə bilər.";
3.5. 10-cu maddənin ikinci
cümləsində ", lakin
üç ayda bir dəfədən az olmayaraq" sözləri "bu Əsasnamənin 13-cü maddəsində
nəzərdə tutulmuş
Reqlamentlə müəyyən
edilmiş qaydada" sözləri ilə əvəz edilsin.
Maddə 4. Keçid
müddəa
Bu Qanun qüvvəyə minənədək
təyin edilmiş Komissiya üzvlərinin Azərbaycan Respublikasının
2005-ci il 3 may tarixli 906-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında
Əsasnamə"nin 9-1-ci maddəsi ilə müəyyən edilən
səlahiyyət müddəti
bu Qanun qüvvəyə mindiyi gündən hesablanır.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2024-cü il
Azərbaycan.-2024.-
23 noyabr (№258).- S.2.