"Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında",
"Konstitusiya Məhkəməsi
haqqında" və
"Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında
Əsasnamənin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında",
"Konstitusiya Məhkəməsi
haqqında" və
"Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında
Əsasnamənin təsdiq
edilməsi barədə"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının
2005-ci il 3 may tarixli 906-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyası haqqında"
Əsasnamənin 9-cu və
9-2-ci (hər iki halda) maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Əsasnamənin
9-cu və 9-2-ci (birinci
halda) maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
1.3. həmin Əsasnamənin
9-2-ci (ikinci halda) maddəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Konstitusiya
Məhkəməsi haqqında"
və "Azərbaycan
Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyası
haqqında Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2024-cü il 22 oktyabr tarixli
53-VIIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
23 noyabr (№ 258).- S.2.