Milli
Məclisin sədri Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası
Assambleyasının 57-ci plenar
iclasında çıxış
edib
Milli Məclisin
sədri Sahibə Qafarova noyabrın 22-də
Sankt-Peterburq şəhərində
MDB-yə üzv dövlətlərin Parlamentlərarası
Assambleyasının 57-ci plenar
iclasında çıxış
edib. Spiker Sahibə Qafarova Parlamentlərarası Assambleya
çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli
tərəfdaşlıq mexanizminə
çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı
fəaliyyətin inkişafına
böyük töhfə
verdiyini diqqətə
çatdırıb.
MDB PA-çərçivəsində
keçirdiyi görüşlərdə
və çıxışlarında
Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən
COP29 haqqında geniş
məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası
Assambleyanın plenar iclasında bir daha bu mövzuya
toxunub.
O, xatırladıb ki,
196 ölkədən 70 mindən
çox qonağın,
o cümlədən 80-dən çox prezident, vitse-prezident və digər şəxslərin
iştirakı ilə
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
Bakıda keçirilən
29-cu sessiyası başa
çatmaq üzrədir.
Yekdilliklə ev sahibi ölkə kimi seçilən Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə ümumi
yanaşmalara nail olmaq üçün bütün səylərini
göstərib. COP29 çərçivəsində
əldə olunan uğurlar beynəlxalq ictimaiyyətin bu məsələdə həmrəy
və ardıcıl olacağına ümid yaradır.
Parlamentlərin də
bu prosesə öz töhfələrini
verdiyini söyləyən
Sahibə Qafarova COP29 çərçivəsində Parlamentlərarası İttifaqın
və Milli Məclisin birgə təşkilatçılığı ilə parlamentlərin və digər beynəlxalq strukturların
90-dan çox nümayəndə
heyətinin iştirakı
ilə Parlament İclasının keçirildiyini
xatırladıb. Milli
Məclisin sədri məlumat verib ki, iki gün
davam edən görüş və yekun sənəd iqlim dəyişikliyi ilə mübarizədə
bizim ümumi mövqelərimizin ifadəsi
idi.
MDB Parlamentlərarası Assambleyasının öz
fəaliyyətinin beynəlxalq
istiqamətini fəal
şəkildə inkişaf
etdirdiyini söyləyən
Milli Məclisin sədri əlavə edib ki, bu
fəaliyyətin praktiki
həyata keçirilməsi
formalarından biri də 2024-cü ilin iyulunda Sankt-Peterburq şəhərində BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasının keçirilməsi
olub.
Çıxışında Sahibə Qafarova həmçinin vurğulayıb
ki, Parlamentlərarası
Assambleyanın əsas
fəaliyyət istiqamətlərindən
biri MDB üzvü olan dövlətlərdə
keçirilən seçkilərlə
bağlı monitorinq fəaliyyətinin həyata
keçirilməsidir. O, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan
Respublikasının Milli
Məclisinə növbədənkənar
seçkilərin monitorinqi
zamanı görülmüş
işlərə görə
Assambleyanın müşahidəçilər
qrupuna minnətdarlığını
ifadə edib.
Çıxışda MDB PA-ya üzv dövlətlərin Demokratiyanın, parlamentarizmin və vətəndaşların seçki hüquqlarına əməl olunmasının inkişafının monitorinqi üzrə Beynəlxalq İnstitutun, o cümlədən onun 2007-ci ildən fəaliyyət göstərən Bakı filialının fəaliyyəti və töhfələri də diqqətə çatdırılıb.
Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.3.