YAP Sədrinin
müavini ICAPP-ın
12-ci Baş Assambleyasında
iştirak edib
Noyabrın 22-də Kamboca
Xalq Partiyasının
(KXP) ev sahibliyi ilə bu ölkənin
Pnompen şəhərində
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş
Assambleyasının açılış
mərasimi olub. “Sülh və barışıq axtarışı”
mövzusunda keçirilən
və 28 ölkədən
49 siyasi partiyanın qatıldığı 12-ci Baş
Assambleyada Yeni Azərbaycan Partiyası
(YAP) Sədrinin müavini
– Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqov da iştirak
edib.
YAP-dan AZƏRTAC-a bildiriblər
ki, əvvəlcə Kamboca Xalq Partiyasının
Prezidenti, ICAPP-ın 12-ci
Baş Assambleyasının
fəxri prezidenti Hun Sen ilə
nəzakət görüşü
keçirilib.
ICAPP Daimi Komitəsi
sədrinin müavini,
KXP Xarici əlaqələr
komissiyası sədrinin
birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və
informasiya komitəsinin
sədri Suos Yara, ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP-ın baş katibi Kvon He-seoq,
ICAPP Daimi Komitəsinin
həmsədri Müşahid
Hüseyn Səid, Kamboca Krallığının
baş naziri, Kamboca Xalq Partiyasının
vitse-prezidenti və
ICAPP-ın 12-ci Baş
Assambleyasının prezidenti
Hun Manet açılış nitqləri
ilə çıxış
ediblər. Çıxışlarda
dünyada artan münaqişələrə, iqlim
dəyişikliklərinə, sosial-iqtisadi ədalətsizliklərə
və geosiyasi təhdidlərə qarşı
mübarizədə siyasi
partiyaların rolu və əməkdaşlığının
əhəmiyyətindən bəhs olunub.
Ev sahibinin xüsusi qonaqlarının
təbrik çıxışlarından
öncə YAP Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına
ünvanladığı müraciəti
oxuyub.
Sonra xüsusi qonaqlar qismində Laos Xalq Demokratik
Respublikasının vitse-prezidenti
xanım Pani Yatotou, Vyetnam Sosialist Respublikasının
Milli Assambleyasının
Prezidenti cənab Tran Tan Man, Mərkəzçi
Demokratlar İnternasionalı
(CDI) Prezidenti, Kolumbiyanın
sabiq prezidenti cənab Andres Pastrana Aranqo, Türkiyənin Ədalət
və İnkişaf Partiyası Sədrinin müavini cənab Zəfər Sırakaya çıxış ediblər.
Açılış mərasimi Kamboca Xalq Partiyasının sədri, Baş Assambleyanın fəxri prezidenti Hun Senin xüsusi müraciəti ilə yekunlaşıb.
Daha sonra birinci plenar sessiyada çıxış
edən Tahir Budaqov qeyd edib
ki, plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə
də bəşəriyyət
üçün olduqca
aktual və taleyüklü bir məsələyə həsr
olunub. Qeyd edilib ki, yeni
çağırışlarla qarşı-qarşıya olduğumuz
belə bir mürəkkəb şəraitdə
sülh və barışıq axtarışı
mütləq zərurətə
çevrilib. Daim sülh, sabitlik və qarşılıqlı
anlaşma tərəfdarı
olan, ölkələrin
milli maraqlarına hörmətlə yanaşmaq
prinsipini dəstəkləyən
Azərbaycan öz daxili və xarici siyasətində bu dəyərlərə sadiqliyini nümayiş etdirir.
T.Budaqov vurğulayıb
ki, bu gün
Azərbaycanda müxtəlif
xalqların nümayəndələri
sülh, əmin-amanlıq
və mehribanlıq şəraitində yaşayırlar.
Onun sözlərinə
görə, tolerantlıq
ənənəsini və
multikultural dəyərləri
qoruyub yaşadan Azərbaycan zəngin tarixi irsi əsasında
sivilizasiyalar arasında
dialoqun inkişafını
təşviq edir. Azərbaycan Avrasiyanın mühüm geostrateji bölgəsindən olan Cənubi Qafqazın lider ölkəsi kimi regional sabitlik
və əməkdaşlığa
da olduqca mühüm töhfələr
verir. İşğal
faktına son qoyaraq öz ərazi bütövlüyünü
və suverenliyini təmin edən Azərbaycan bölgədə
sülh və etimad quruculuğunu daim diqqət mərkəzində saxlayaraq,
yeni işbirliyi platforması və etibarlı təhlükəsizlik
mühitinin təşəkkülü
üçün önəmli
təşəbbüslərlə çıxış edir.
YAP Sədrinin müavini
diqqətə çatdırıb
ki, Azərbaycanın yaratdığı reallıqlar
əsasında Cənubi
Qafqazda sülh gündəliyi müəyyənləşib.
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin
imzalanması, o cümlədən
sərhədlərin delimitasiyası
və demarkasiyası,
kommunikasiyaların bərpası
bu gündəliyin mühüm tərkib hissəsi kimi beynəlxalq ictimaiyyətin
diqqətindədir.
Sülh və barışığın Cənubi
Qafqazda yeni nizam və geosiyasi
konfiqurasiyanın formalaşması
baxımından olduqca
əhəmiyyətli olduğunu
bildirən Tahir Budaqov bunun həm
bölgə xalqları
və dövlətləri,
həm də yeni reallıqlar fonunda tərəfdaşlıqda
maraqlı olan ölkələr üçün
tarixi şans və strateji fürsət olmaqla bərabər, rifah, inkişaf və parlaq perspektivlər vəd etdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, sülh və
barışıq üçün
birgə müzakirələrə
və dialoqa ehtiyac duyulduğu indiki şəraitdə siyasi partiyaların da üzərinə böyük məsuliyyət
və önəmli vəzifələr düşür.
“Asiyanın 350-dən artıq siyasi partiyasını öz sıralarında birləşdirən
ICAPP bu kontekstdə faydalı fikir və təcrübə mübadiləsi üçün
olduqca əhəmiyyətli
platformadır. Hazırda
700 mindən artıq üzvü olan hakim YAP partiyalararası əlaqələrin inkişafını
daim diqqət mərkəzində saxlamaqla
dost ölkələrin
siyasi partiyaları ilə işbirliyinin genişləndirilməsi, o cümlədən
sülh və barışığa xidmət
edən ideyaların təşviqi üçün
məqsədyönlü fəaliyyət
göstərir”, - deyə
Tahir Budaqov əlavə edib.
Sonra ICAPP-ın
12-ci Baş Assambleyası
işini ikinci və üçüncü
plenar sessiyalarla davam etdirib.
Həmin gün
Asiya, Afrika, Latın Amerikası və Karib dənizi,
həmçinin Avropa
siyasi partiyaları arasında “Siyasi partiyaların sülh və barışıq qurulmasında rolu” mövzusunda dəyirmi masa da keçirilib.
Dəyirmi masada irqçilik, ksenofobiya, dini və mədəni
dözümsüzlüyün rədd edilməsi və mədəniyyətlərarası
dialoqun təşviqi məsələləri müzakirə
olunub.
Baş Assambleya
çərçivəsində ICAPP ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament ilə ASEAN Parlamentlərarası Assambleyası
arasında anlaşma memorandumları imzalanıb.
Sonda Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından rəsmi ziyafət verilib.
Xaspoladova, Ülkər,
Azərbaycan.-2024.-
23 noyabr (¹ 258).- S.4.