Yeni
Azərbaycan Partiyasının
Mərkəzi Aparatına
Sizə, İdarə
Heyətinin üzvlərinə
və Yeni Azərbaycan Partiyasının
bütün üzvlərinə
partiyanın yaradılmasının
32-ci ildönümü münasibətilə
Laos Xalq İnqilab Partiyası adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram.
Laos Xalq İnqilab Partiyası Yeni Azərbaycan Partiyasının Azərbaycanda,
regionda və dünyada sabitlik və inkişafın təmin edilməsi yönündə göstərdiyi
səylərdən xəbərdardır.
Biz ortaq dəyərlərimizi, partiyalarımız
və xalqlarımız
arasında dostluq və əməkdaşlıq
bağlarının möhkəmləndirilməsinə
sadiqliyimizi yüksək
qiymətləndiririk.
Bu önəmli
gün münasibətilə
Sizə, partiyanızın
rəhbərliyinə və
bütün üzvlərinə
cansağlığı, böyük
uğurlar arzulayıram.
Laos Xalq İnqilabı Partiyası
ilə Yeni Azərbaycan Partiyası arasında dostluq əlaqələri hər
iki partiyanın, hər iki dövlətin,
Laos və Azərbaycan xalqlarının
inkişafı və rifahına xidmət edən sülh, dostluq və əməkdaşlıq naminə
daim inkişaf etsin.
Hörmətlə,
Bountonq ÇİTMANİ,
Laos Xalq
İnqilab Partiyası
Siyasi Bürosunun üzvü, Mərkəzi
Komitə Katibliyinin daimi katibi, Laos
Xalq Demokratik Respublikasının vitse-prezidenti
Azərbaycan.-2024.-
23 noyabr (№ 258).- S.4.