Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

 

 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin şəxsində partiyanın bütün üzvlərinə qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan bugünədək Azərbaycanın qabaqcıl siyasi partiyası olmuş, iqtisadiyyatın inkişafı, milli birliyin təmin olunması beynəlxalq aləmdə güc əldə edilməsində önəmli rol oynamış böyük uğurlara imza atmışdır.

Xüsusilə neft təbii qaz mənbələrinin doğru bir şəkildə istifadə edilməsi, beynəlxalq investisiyalar ölkənin infrastrukturunun gücləndirilməsi vüsət almışdır. YAP-ın idarəçiliyi dövründə Azərbaycan torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu bütün türk dünyası üçün bir ilham qaynağı olmuşdur.

Bu əlamətdar gündə Yeni Azərbaycan Partiyasının uğurlarının davamını diləyir, Azərbaycanın daha parlaq bir gələcəyə doğru irəliləməsinə töhfələrinizin artaraq davam etməsini arzulayıram.

Dəyərli partiya üzvlərinə qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq rifah dolu bir gələcək diləyir, ən səmimi salamlarımı ehtiramımı ifadə edirəm.

 

 

Şamil AYRIM,

AK Parti İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.4.