Leyla
Əliyevanın iştirakı
ilə Bakıda növbəti ağacəkmə
aksiyası keçirilib
“Yaşıl dünya
naminə həmrəylik
ili” çərçivəsində
noyabrın 22-də Bakıda
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı
ilə növbəti ağacəkmə aksiyası
həyata keçirilib.
"Report" xəbər verir ki, IDEA könüllülərinin iştirakı
ilə keçirilən
budəfəki aksiya zamanı 1000 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən
ərazidə ağacların
effektiv sulanması və su israfının
qarşısının alınması
məqsədilə damcılı
suvarma sistemindən istifadə nəzərdə
tutulub.
Bu gün Bakıda hava təbəqəsi avtomobil
nəqliyyatı, istehsal
və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və
digər yad maddələr insan sağlamlığına, bütün
ekoloji tarazlığa
zərər verir. Meşə zolaqlarının
salınması, yaşıllaşdırma
fəaliyyətləri ekoloji
tarazlığın bərpasına
və havanın keyfiyyətinin artırılmasına
müsbət təsir
edir.
IDEA İctimai Birliyi
bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini
insanların, xüsusilə,
gənc nəslin diqqətinə çatdırır
və onları ekoloji problemlərə qarşı mübarizədə
birgə fəaliyyətə
səsləyir. Vətəndaşlar
qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər
və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai
Birliyinə çatdıra
bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.
Azərbaycan.-2024.- 23 noyabr (¹ 258).- S.6.