"İqlim
probleminin həll olunmasını istəyən
hər kəs Bakıda olmalı idi"
COP29-dan gözləntimiz yeni iqlim maliyyəsinə
çatmaqdır. COP29-da müzakirə
edilən məsələlər
burada ola bilməyən insanlar üçün bir ümiddir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un qvineyalı iştirakçısı Əhmədou Sebori Ture söyləyib. Bildirib ki, iqlim probleminin həll olmasını istəyən hər kəs Bakıda olmalı idi: ” Planetimizlə mübadilə etmək üçün B planımız yoxdur, bu gün həyata keçirə biləcəyimiz hərəkət bizə və gələcək nəsillərə fayda verəcək. Mən noyabrın 11-dən buradayam. Heydər Əliyev Beynəlxalq Aeroportundan qaldığımız hotelə qədər Azərbaycan xalqının mehribanlığına şad oldum. Konfransın təşkilatçılarını təbrik edirəm. Həqiqətən də çox uğurlu təşkil edilib".
Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.8.