“Ümid edirik ki, COP30 da eyni
səviyyədə yüksək
təşkilatçılıqla seçiləcək”
“COP29-un təşkili gözləntiləri aşdı.
Nümayəndə heyətimiz
həm təşkilatçılığa,
həm də Bakı şəhərinə
heyran qaldı. Tədbir həqiqətən
yüksək səviyyədə
təşkil olunub”.
Bu fikirləri
AZƏRTAC-a açıqlamasında Braziliyanın Azərbaycandakı
səfiri Manuel Monteneqro bildirib.
Səfirin sözlərinə
görə, Braziliya qlobal iqlim dəyişikliklərinə
qarşı mübarizədə,
xüsusən də
Amazon tropik meşələrinin
qorunması və bərpasında mühüm
rol oynayır.
“İqlim dəyişikliyi
qlobal problemdir. Biz, bir inkişaf
etmiş ölkə olaraq, emissiyalarımızı
azaltmalıyıq. Həmçinin
inkişaf etmiş ölkələr maliyyə
öhdəliklərini yerinə
yetirməlidirlər ki,
danışıqlar prosesi
davam etsin,” - deyə o vurğulayıb.
Manuel Monteneqro əlavə edib ki, Azərbaycan COP29 çərçivəsində iştirakçı nümayəndə
heyətləri üçün
böyük işlər
görüb.
“Tədbirə gələn
qonaqlar Azərbaycanı
böyük təəssüratlarla
tərk etdilər. Ümid edirik ki, COP30 da eyni
səviyyədə yüksək
təşkilatçılıqla seçiləcək”, - deyə
səfir fikirlərini
yekunlaşdırıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) gələn il Braziliyada keçiriləcək.
Azərbaycan.-2024.- 23 noyabr (¹ 258).- S.8.