"COP29-dan gözləntilərim, demək olar ki, özünü doğruldub"

 

Koreyanın qeyri-hökumət təşkilatının üzvü kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün gəlmişəm. İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi milli iqlim büdcələri ilə əlaqəli danışıqlarda iştirak etmişəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Koreya RespublikasınınYaşıl ətraf mühitqeyri-hökumət təşkilatının üzvü Myeonqju Kim deyib.

O, COP29-dan gözləntilərinin, demək olar ki, özünü doğrultduğunu bildirib: “Lakin İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi tədbirin son günü olmasına baxmayaraq hələ öz yerini tapmayıb. Biz maliyyələşmə haqqında konkret nəticə görmək istəyərdik. Buna görə bir qədər məyusuq. Ölkələrimizin gələcəyi üçün inadla əzm göstərməliyik.

Müsahibimiz, həmçinin Koreyanın da iqlim dəyişikliyi ilə bağlı bəzi həll edilməyin problemləri olduğunu bildirib.

 

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.8.