"Şimalda da insanlar iqlim dəyişikliyindən əziyyət çəkirlər"

 

Filippin inkişaf edən ölkə olduğu qlobal cənubda yerləşdiyi üçün çox böyük iqlim fəsadları ilə qarşı-qarşıyadır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) maliyyə mövzusu əsas olduğu üçün böyük ümidlərimiz var idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Filippinin iqlim ədaləti hərəkatının fəalı Bibiano Junior Rivera deyib. O bildirib ki, COP29-da ayrılan maliyyə planetimiz onun sakinlərini qorumaq üçün lazımdır: “Şimalda da insanlar iqlim dəyişikliyindən əziyyət çəkirlər. Əgər 2025-ci ilə qədər bütün yanacaq enerji istehsalını istehlakını dayandırmasaq, əsrin sonuna qədər temperatur hədəfinə çatmaq çox çətin olacaq”.

 

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.8.