"Azərbaycan COP29 konfransının təşkilində yüksəksəviyyəli yanaşma nümayiş etdirir"

 

COP29-un yüksək səviyyədə təşkili, Azərbaycanda göstərilən qonaqpərvərlik valehedicidir. Bakıda bu iqlim konfransına qatıldığım ilk gündən planlaşdırmanın qədər mükəmməl olmasına heyran qaldım. Tədbir çox yüksək səviyyədə təşkil edilib, konfrans məkanında könüllülərdən lazımi dəstək ala bilirik. Belə yüksək təşkilatçılığa görə Azərbaycan xalqına təşəkkür edirəm.

Bu sözləri COP29-da iştirak edən keniyalı yerli icma nümayəndəsi Steysi Çesok AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Keniyalı qonaq iqlim dəyişikliyi ilə mübarizədə yerli icmaların roluna diqqət çəkərək bildirib ki, tədbir çərçivəsində yerli biliklərin təcrübələrin nəzərə alınması vacibdir: “Yerli xalqlar ətraf mühitin qorunması enerji sərfiyyatı olmadan qida ehtiyatlarının saxlanılması ilə bağlı uzun müddət sınaqdan keçmiş bilik bacarıqlara malikdir. Elektrik enerjisi qaz emissiyası yaradan əsas amillərdən biridir. Yerli icmaların nümayəndələrinin bu sahədə bilik təcrübələri bölüşülüb tətbiq edilərsə, düşünürəm ki, iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində ciddi irəliləyiş əldə oluna bilər”.

 

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.8.