"Ümidlər Bakıyadır"

 

Dünya mediası COP29-dan yazır

 

 

 

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər  Konfransının 29-cu sessiyasında (COP29) uğurla evsahibliyi etdi. COP29-un Bakıda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını bir daha sübut etdi. Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura təhlükəsizliyə malik olmasını dünya ictimaiyyəti növbəti dəfə müşahidə etdi.

Azərbaycanın COP29-a uğurla evsahibliyi etməsi dünya mediasının da diqqət mərkəzindədir. Bir sıra beynəlxalq mətbuatda yayımlanan məqalələr reportajlarda qeyd olunub ki, Bakıda keçirilən tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr təşəbbüslərlə yadda qalıb. Onlardan bəzilərini diqqətə çatdırırıq.

Dünyaca məşhur "Euronews" telekanalı hazırladığı süjeti "Bakıda COP29: İnkişaf etməkdə olan ölkələr üçün maliyyələşdirmə özəl sektor" başlığı ilə təqdim edib.  Qeyd edilib ki, dünyanın hər yerindən gələn nümayəndələr qlobal temperaturun yüksəlməsinin qarşısını almaq yollarını tapmaq Paris Sazişi çərçivəsində verilən vədləri yerinə yetirmək ümidi ilə Azərbaycan paytaxtında toplaşıblar. Hazırkı sammit "maliyyə COP-u" adlandırılır, çünki 15 ildə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələr üçün iqlim fəaliyyətinə dəstək məqsədilə maliyyələşdirmənin həcmi strukturu araşdırılacaq.

Süjetdə qeyd edilib ki, ölkələr həmçinin atmosferə zərərli emissiyaları məhdudlaşdırmaq üçün daha effektiv milli planların işlənib hazırlanması üçün zəmin yaratmağa təşviq edilir. Ambisiyaları fəaliyyətə çevirmək əsas prioritet olaraq qalır. Bəs bu məqsədə necə çatmaq olar? Bu məsələ ilə bağlı COP29-un prezidenti  Muxtar Babayev "Euronews" telekanalına deyib: "Biz bütün ölkələrin  səylərini birləşdirməliyik, çünki yalnız konsolidasiya, bütün iştirakçıların yaxşı motivasiyası ilə uğur qazanmaq şansımız var. Hesab edirəm ki, Bakıda keçirilən tədbirin əsas rolu inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında, Cənubla Şimal arasında, Şərqlə Qərb arasında əlaqə yaratmaqdır".

İtaliyanın "La Repubblica" qəzetinin yazısında Ciorcia Meloninin Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un sədrliyi  kimi görməkdən məmnunluğunu ifadə etdiyi bildirilib. Baş nazirin İtaliyanın təkcə bərpaolunan mənbələrə deyil, həm təbii qaz, bioyanacaq, hidrogen karbonun tutulması saxlanmasına diqqət yetirdiyini qeyd edib. Ciorcia Meloni COP29-da yeni iqlim maliyyəsi hədəfini qəbul etməyin əhəmiyyətini bildirib: "Ümidlər Bakıyadır. İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində götürdükləri maliyyə öhdəliklərini yerinə yetirmələri gözlənilir. İnkişaf etməkdə olan ölkələr, xüsusilə adaptasiya prioritetləri olan ölkələr layihələrini həyata keçirmək üçün maliyyə dəstəyinə ehtiyac duyurlar".

COP29 ilə bağlı mövzular Malayziya mediasında da geniş işıqlandırılıb. "Bernama" milli xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Kuala Lumpur şəhərinin merini qəbul etməsi barədə məlumat yayıb. Bu barədə xəbər Malayziyanın digər media qurumlarının səhifələrində yer alıb.

"Astro Awani International" televiziya kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə geniş müsahibə əsasında proqram yayımlayıb. Bundan başqa, Hikmət Hacıyevin Azərbaycanın "COP atəşkəsi" təşəbbüsü ilə bağlı məqaləsi "Astro Awani International" nəşrinin internet səhifəsində yerləşdirilib.

Ölkəmizin "COP atəşkəsi" təşəbbüsü ilə bağlı məlumatlar "New Straits Times" qəzetində işıqlandırılıb. Qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi həyata keçirilməsi üçün əvəzsiz platformadır. Bakı konfransının iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirə aparıblar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, qlobal istiləşmənin dramatik təsirlərinə uyğunlaşmaqda ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgələrdə təbii fəlakətlərə təkan verən qlobal temperaturun həyəcanverici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilib.

Yazılarda BMT-nin Baş katibi Antonio Quterreşin bu yaxınlarda qlobal istiləşmə iqlim dəyişikliyi ilə bağlı dərhal hərəkətə keçmək üçün yeni çağırış etdiyi vurğulanıb. Qeyd edilib ki, ətraf mühit təşkilatları iqlim böhranı ilə mübarizənin həmişəkindən daha çox aktual olduğunu bildirirlər.

Moldovanın "Noi.md" xəbər portalında rus rumın dillərində nəşr edilən "Moldova Prezidenti Bakıda keçirilən COP29-un digər iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər" sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib. Məqalədə bildirilir ki, Bakıda ilk günlərdə COP29-un iştirakçısı olan ölkələrin dövlət hökumət başçılarının sammiti baş tutub burada Moldova Prezidenti Maya Sandu da çıxış edib. Sandu qlobal ekoloji problemlərin həllində inkişaf etməkdə olan ölkələrə dəstək verilməsinin zəruriliyi ilə bağlı sessiyanın əsas doktrinasını alqışlayıb. "Yaşıl zona" ərazisində bütün maraqlı tərəflərin - fəallardan özəl təşəbbüslərin tərəfdarlarından tutmuş iri biznes dövlət qurumlarının nümayəndələrinə qədər çoxşaxəli ünsiyyəti təşkil olunur. "Mavi zona"da sessiyalar, görüşlər sammitlər keçirilir.

Yazıda daha sonra qeyd olunub ki, müxtəlif ölkələrin onlarla prezident digər yüksəkvəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Afrika, Latın Amerikası xüsusilə kiçik ada dövlətlərindən olan ölkələr geniş nümayəndə ilə təmsil olunub. COP29-a evsahibliyi edən tərəfin əsas diqqəti ekoloji bərabərlik məsələsinə yönəlib. Forumun məqsədinə görə, həm karbohidrogenlərin istehlakında, həm zərərli emissiyaların istehsalında lider olan inkişaf etmiş ölkələr iqlimə təzyiqə görə məsuliyyəti öz üzərinə götürməli təbiətə dəyən zərərin ödənilməsində daha zəif ölkələrə kömək etməlidirlər.

Əslində, bütün COP konfranslarının məqsədi sənayedən əvvəlki dövrdə 2015-ci il Paris Sazişinin tələb etdiyi kimi, karbon qazının miqdarını qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. Eyni zamanda, dövlət başçılarının, ətraf mühit fəallarının ekspertlərin bəyanatlarına görə, COP29-dan bu problemin həlli istiqamətində konkret addımlar gözlənilir.

Almaniyanın bir sıra aparıcı media orqanı Bakının evsahibliyi etdiyi COP29-u geniş işıqlandırıb. "Bild", "ZDF Heute", "Deutsche Welle", "Tagesschau", "Freitag", "Sueddeutsche" digər media qurumları Bakıda keçirilən dünya iqlim konfransına geniş yer ayırıb.

Türkiyənin "Şeni Şafak", "Akşam" qəzetlərində, "TRT Haber" telekanalında yayımlanan məqalə reportajlarda COP29-un hazırda dünyada geniş münaqişə böhranların, ciddi iqlim dəyişmələrinin yaşandığı dövrdə keçirilməsi xüsusi vurğulanıb. Dünyanın 200-ə yaxın ölkəsindən alim siyasətçilərin bir araya gələrək qlobal istiləşmənin 1,5 dərəcənin altında saxlanması, iqlim dəyişmələrinə qarşı daha səmərəli mübarizənin aparılması ilə bağlı ciddi müzakirələr apardığı qeyd edilib.

İordaniyanın aparıcı media qurumları da Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aid çoxlu sayda xəbər videomaterial yayımlayıb. Ölkənin "Petra" Dövlət İnformasiya Agentliyi, "The Jordan Times", "Al-Rai", "Əd-Dustur", "Ammon News", "Jordan News", "Roya News", "Al-Mamlaka" qəzet saytlarında, eləcə "Jordan Tv", "Roya Tv" "Mamlaka Tv" televiziya kanallarında COP29 ilə bağlı silsilə məqalə videomateriallar dərc edilib. Xəbərlərdə COP29 çərçivəsində keçirilən Liderlər Sammitində İordaniya Kralı II Abdullahı təmsil edən Vəliəhd Şahzadə II Əl-Hüseyn bin Abdullahın tədbirdəki çıxışı, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə məlumat verilib.

Bundan əlavə, COP29-un Bakıda yüksək səviyyədə təşkil edilməsi, iqlim dəyişmələrinə dair danışıqların uğurla nəticələnməsi COP29-la bağlı təşəbbüslərin dəstəklənməsi ilə bağlı müsbət rəylər oxuculara təqdim olunub. Azərbaycanın dünyanın prioritet qəbul etdiyi "yaşıl enerji" layihələri ilə bağlı məlumat verilib, ölkəmizin bu sahədə təcrübəsinin dünyaya çatdırılması məsələləri geniş işıqlandırılıb.

 

 

Hazırladı:

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.10.