İsveç
COP29 iqlim sammitində
tənqidə məruz
qalıb
Bakıda keçirilən
COP29 iqlim sammitində
İsveçin iqlim və ətraf mühit naziri Romina Purmohtari ölkə şirkətlərinin
dayanıqlı inkişafa
keçiddə digərləri
üçün tərəfdaş
kimi təşviqinə
yönəlmiş yeni
strategiyanı təqdim
edib. O vurğulayıb
ki, “yaşıl enerji” və davamlı istehsal kimi sahələrdə İsveç innovasiyaları
iqlim dəyişikliyi
ilə mübarizədə
əsas rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, biznesə
önəm verilməsi
fəalların və
ekoloji təşkilatların
tənqidinə səbəb
olub.
Nepallı iqlim
fəalı Omkar Subedi, İsveçi iqlim fəlakətlərindən
əziyyət çəkən
ölkələrdən məkan
oğurlamaqda ittiham edərək, iqlim böhranının artıq
ölüm-dirim məsələsinə
çevrildiyini qeyd edib.
“Biz fəlakətlər
nəticəsində milyonlarla
dollar və minlərlə insan həyatını itiririk.
Siz isə gözəl şirkətlərinizi
gətirib dəbdəbəli
pavilyonlarda sərgiləyirsiniz”,
– deyə O.Subedi bildirib.
Stokholm İsveç
Təbiəti Mühafizə
Cəmiyyətin baş
katibi Karin Leksen bildirib ki, ölkə diqqəti kommersiya mənfəəti əldə
etməyə yönəldib.
Eyni zamanda, İsveç əvvəllər
lider mövqelərini
tutduğu “Climate
Change Performance Index” (CCPI) qlobal iqlim reytinqində mövqelərini itirməkdə
davam edir. Səbəb kimi iqlim siyasətindəki dəyişikliklər, məsələn,
elektromobillər üçün
bonusların və hava nəqliyyatına verginin ləğvi olub.
Bu dəyişikliklərdən
narahat olan Avropa Parlamentinin üzvü Emma Visner hökumətin iqlim siyasətindən imtina etdiyini, onu araşdırmalarla əvəz etdiyini və heç kimin bunun fərqinə
varmayacağını düşündüyünü
qeyd edib.
Nazir Romina Purmohtari iqtisadi artım və iqlim məsuliyyəti arasındakı əlaqəni vurğulayan yeni strategiya ilə fəxr etdiyini bildirib.
“Biz zəngin ailələr üçün
yeni avtomobillərin alınmasını maliyyələşdirən
elektrik avtomobilləri
üçün bonusları
ləğv etdik”, - deyə o, İsveç şirkətlərinin emissiyaları
azaltmaqla yanaşı,
digər ölkələrin
rifahına da töhfə verə biləcəyini vurğulayıb.
Bununla belə, tənqidçilər bu yanaşmanın İsveçin iqlim siyasəti üzrə liderliyinə xələl gətirərək onu beynəlxalq səhnədə daha az iddialı oyunçuya çevrilməsindən qorxurlar.
Azərbaycan.-2024.- 23 noyabr (¹ 258).- S.11.