Lüksemburq
Deputatlar Palatasının
Fransa niyyətli qətnaməsi
COP29-a ev sahibi seçilməsi ölkəmizin
dünya miqyasında nüfuzunun günbəgün
daha artmasının, eləcə də qlobal əhəmiyyətli
məsələlərin həllində
hər zaman yaxından iştirak etməsinin nəticəsi
idi.
Dünyanın 200-dək ölkəsini təmsil edən nümayəndələrin
iştirakı ilə
keçirilən Birləşmiş
Millətlər Təşkilatının
(BMT) İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
(COP29) ilk günündən
ev sahibinin - Azərbaycanın yüksək
təşkilatçılıq bacarığı nümayiş
etdirməsi seçimin
çox düzgün
edildiyini təsdiqlədi.
Azərbaycan indiyədək
də bir çox böyük və əhəmiyyətli
beynəlxalq tədbirlərin
keçirildiyi məkan
olmuşdu. Bu sahədə geniş təcrübəyə malik
idi. Lakin BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
sessiyası dünyada
çox böyük və ən mötəbər tədbir
hesab olunur. COP-un məqsədi bütün dünya üçün olduqca əhəmiyyətlidir. Bəşəriyyətin
gələcəyi üçün
təhdidə çevrilmiş
iqlim dəyişikliyinin
fəsadlarının aradan
qaldırılması, qlobal
problemin həlli istiqamətində əməkdaşlığın
genişləndirilməsi, birlikdə
çıxış yollarının
aranması və digər mühüm mövzular bu beynəlxalq tədbirin keçirilməsinin xüsusi
əhəmiyyət kəsb
etdiyini deməyə əsas verir. Odur ki, hər
bir dövlət üzərinə düşən
məsuliyyəti nəzərə
almalı, iqlim dəyişikliyinin yaratdığı
problemlərin həllinə
öz töhfələrini
verməlidir.
Ancaq təəssüf
ki, belə bir həssas və vacib məsələdə
də qərəzkarlığını,
fitnəkarlığını nümayiş etdirənlər
oldu.
Ölkəmizin dünyada
gündən-günə yüksələn
nüfuzunu, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini
gözü götürməyənlər
yenə də suyu bulandırmağa cəhd etdilər. Azərbaycanın 44 günlük
Vətən müharibəsində
qazanılan möhtəşəm
Zəfərindən sonra
işğaldan azad edilmiş ərazilərində
həyata keçirdiyi
genişmiqyaslı tikinti-bərpa,
quruculuq işlərindən,
Ermənistanla sülhün
real görünməsindən
əndişələnən, planları boşa çıxan Fransa BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) kimi
mötəbər bir tədbirə evsahibliyi edən Azərbaycanın əleyhinə aparılan çirkin kampaniyada xüsusi
fəallıq göstərir.
Lakin Cənubi Qafqazda müharibə alovunu körükləmək
üçün Ermənistandan
istifadə etməyə
çalışan Fransanın
mənfur planlarının
əksinə olaraq, Azərbaycandan dünyaya sülh və əmin-amanlıq içərisində
əməkdaşlıq etmək,
birlikdə bəşəriyyəti
təhlükələrdən qorumaq çağırışları
səslənir.
Bütün bunlar
yalnız öz mənafeyini güdən, məqsədi gərginlik yaratmaq olan Emmanuel
Makron hökumətini
qeyzləndirdi. Ancaq bu dəfə də hiddəti, qəzəbi, qərəzi
ilə Azərbaycanın
xeyirxah əməllərinin
qarşısını ala,
xoş niyyətinin həyata keçirməsinə
maneçilik törədə
bilmədi.
Ölkəmiz əleyhinə
səfərbər olan
bu riyakar qüvvələrə Prezident İlham Əliyev noyabrın 12-də
COP29-un Liderlər Sammitinin
açılış mərasimində
və noyabrın 13-də
COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxışları
zamanı bir daha əsaslı şəkildə cavab verdi.
Noyabrın 20-də Fransanın
Azərbaycandakı səfiri
Ann Buayon Xarici İşlər Nazirliyinə çağırıldı.
Görüş zamanı
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) ərəfəsində
və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəfə alınmasına
etiraz edildi. Bu xüsusda, Azərbaycanın evsahibliyi
etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların,
bir çox dövlət başçılarının
tədbirə qatılmamağa
Fransa tərəfindən
təşviq edilməsinin,
eləcə də
COP29 konfransı başlayan
zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi
əsassız şəkildə
tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri
ilə mübarizə
sahəsində qlobal səylərimizə qarşı
çevrilmiş qətnamənin
qəbulunun qəbuledilməz
olduğu bildirildi.
Eyni zamanda Ermənistanın geniş
şəkildə silahlanmasını
həyata keçirən,
militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh
prosesinə zərbə
olduğu diqqətə
çatdırıldı. Azərbaycanı
hədəfə alan,
həmçinin normallaşma
prosesini təhlükə
altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb
edildi.
Ərazi bütövlüyünü
və suverenliyini bərpa edərək erməni separatizminə son qoyan, BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsinin icrasını
öz gücü hesabına yerinə yetirən ölkəmizin müstəqil siyasət yürütməsi, prinsipial
mövqeyi Fransa başda olmaqla erməni lobbisinin sözçüsünə çevrilənlərin
əsl simalarını
ortaya çıxarır.
Emmanuel Makron hökumətinin və erməni lobbisinin anti-Azərbaycan sərsəmləmələrinin
səngimədiyi, erməni
separatizminə son qoymuş ölkəmizə
qarşı hər vasitədən istifadə
etməyə səy göstərdiyi məlumdur.
Dünyada heç bir mövqeyə və nüfuza malik olmayan "cırtdan" dövləti
- Lüksemburqu da bu kampaniyaya qoşublar. Ermənistanın
əsas havadarı olan Fransanın əlaltısına çevrilmiş,
diktəsi ilə hərəkət edən Lüksemburqun Azərbaycana
qərəzli münasibətinin
səbəbi budur.
İkili standartları
rəhbər tutan Lüksemburq Deputatlar Palatasında bu il noyabrın 20-də Qarabağda separatçı
hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında
terror aktlarına imza atan şəxslərin
azad olunmasını tələb edən "qətnamə" qəbul
edilib. Heç bir hüquqi əsası olmayan bu qətnamə, sadəcə, ölkəmizə
qarşı yönəlmiş
siyasi riyakarlığın
bariz nümunəsidir.
Qəbul edilən
"qətnamə"də Azərbaycan Xarici İşlər Nazirliyinin
26 avqust 2024-cü il tarixli qərarı ilə lüksemburqlu deputatlar Oktav Moder və İv
Kruxteni də daxil olmaqla AŞPA-nın 76 deputatını
"arzuolunmaz şəxs"
(persona non grata) elan etməsinə
qarşı bənd də salınıb. Rəsmi Bakıdan bu şəxslərə qarşı tətbiq etdiyi qadağaları götürmək tələb
olunub.
Əslində, bu
qətnamədəki böhtanla,
qərəzlə Lüksemburq
parlamentariləri ilk dəfə deyil ki, mövqelərini sərgiləyirlər. Lüksemburqda
anti-Azərbaycan əhvali-ruhiyyə
çoxdan hiss olunur. Hələ bu ilin mayında
Ermənistana səfər
edən Lüksemburqun
Deputatlar Palatasının
sədri də bu ölkənin parlamentində çıxışı
zamanı Azərbaycanın
ünvanına əsassız
ittihamlar səsləndirib.
Şübhəsiz ki,
həmin səfər də Fransanın göstərişi ilə
baş tutmuşdu.
Bir faktı da diqqətə çatdıraq ki, Lüksemburqda fransız dili əsas dil kimi qəbul
edilib. Palatanın separatizmə və terrorizmə dəstək verən qətnaməsinin
kimlərin təsiri ilə verildiyini təsdiq edən faktlardan biri də budur. Bu "qətnamə"də
erməni lobbisinin, Emmanuel Makron hökumətinin təşviqi
açıq-aydın görünür.
Lüksemburq parlamentariləri
növbəti dəfə
ikiüzlü siyasət
yürütdüklərini, maliyyə dəstəyi və Fransanın buyruğu ilə hərəkət etdiklərini
bir daha təsdiqlədilər.
Görünür, Ermənistanın
Azərbaycan ərazilərini
uzun illər işğalı altında
saxlamasına, azərbaycanlılara
qarşı qırğınlar,
soyqırımları törətməsinə,
doğma yurdlarından
didərgin salmasına
laqeyd qalan Lüksemburq Deputatlar Palatasının üzvləri
də erməni lobbisindən daha çox maliyyə yardımı almaq uğrunda özlərini oda-közə vurublar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
23 noyabr (№ 258).- S.12.