COP29: Fəallar
qalıq yanacaqlardan imtinaya və iqlim ədalətinə çağırış ediblər
İctimai təşkilatların
nümayəndələri və
iqlim fəalları qlobal istiləşmə ilə mübarizə üçün ambisiyalı
qərarların olmamasından
və ölkələrin
qalıq yanacaqlardan imtina üzrə yeni plan hazırlaması
tələbindən narazılıqlarını
bildiriblər.
“Report” xəbər verir
ki, bunu “Earth Island
Institute” nümayəndələri COP29 çərçivəsində keçirilən mətbuat
konfransında bildiriblər.
İştirakçılar vurğulayıblar ki, əhəmiyyətli maliyyə
və qətiyyətli
addımlar olmadıqca
dünyanı ekoloji fəlakət gözləyir.
Qalıq yanacaqların
yayılmaması haqqında
müqavilənin qlobal
qaşılıqlı fəaliyyət
üzrə direktoru Harcit Singh bildirib
ki, inkişaf etmiş ölkələr
öz öhdəliklərindən
yayınırlar.
Botsvanalı iqlim
ədaləti fəalı
Tato Gubaytsi iqlim böhranının artıq milyonlarla insanın həyatını
necə məhv etdiyindən danışıb:
"Qlobal Şimalın
bir çox ölkələri üçün
iqlim böhranı uzaq təhlükə kimi görünə bilər, amma bizim üçün bu reallıqdır. Bizə kreditlər şəklində deyil, icmalarımızı qorumağa
imkan verəcək qrantlar şəklində maliyyə lazımdır".
Onun sözlərinə
görə, zəngin
ölkələrin öhdəliklərini
yerinə yetirməkdən
imtina etməsi təkcə Afrika ölkələrinə deyil,
Paris Sazişinin ruhuna
da xəyanətdir.
"Sakit Okean İqlim Döyüşçüləri"
hərəkatının nümayəndəsi
Cozef Sekulu danışıqlardakı disbalansı
qeyd edib: "COP29-da korporasiyaların maraqlarını
müdafiə edən
1773 qalıq yanacaq lobbisti görürük. Neft və qaz
lobbisinin real gücünü əks etdirən belə rəqəmlər olduğu
halda biz necə ambisiyalara ümid edə bilərik? Biz hər il 1 trilyon
dollar qrant tələb edirik. Bu, xeyriyyəçilik deyil - bu, varlı
ölkələrin qaytarmalı
olduğu borcdur".
“Fridays for Future” hərəkatının fəalı Ayşka Nacib alim, fəal və s. tərəfindən imzalanmış açıq məktub təqdim edib. "Biz liderlərə xatırlatmaq üçün məktub kampaniyası başlatdıq: biz uçurumun kənarındayıq. İqlim ədalətsizliyi aradan qaldırılmalıdır".
Azərbaycan.-2024.- 23 noyabr (¹ 258).- S.12.