“Həssas icmalar üçün iqlim maliyyəsində irəliləyişə
ümid edirik”
Biz oxşar düşüncəli qanunvericilərlə
dialoq qurub əlaqələr yaratmaq imkanı əldə etdiyimiz üçün minnətdarıq. İnanırıq
ki, bu sahədə,
xüsusilə də ikitərəfli əməkdaşlıq
sahəsində daha çox irəliləyiş
əldə edəcəyik.
Bunu Filippin Parlamentinin Nümayəndələr
Palatasının üzvü,
deputat Anna Viktoriya Tuazon AZƏRTAC-a açıqlamasında deyib.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə maliyyə
mexanizmlərinin vacibliyini
vurğulayan filippinli deputat əlavə edib: “Maliyyə məsələlərində irəliləyişin
əldə olunacağına
ümid edirik. Çünki itkilər və zərərlər trilyonlarla ölçülür
və ehtiyacın böyüklüyünü nəzərə
alaraq, bu sahəni genişləndirmək
və daha çox konkret işlər görmək niyyətindəyik. Xüsusilə
Filippindəki kimi həssas icmalar üçün”.
A.V.Tuazon Filippindəki
əsas iqlim problemləri haqqında da danışıb: “Biz son bir
ay ərzində ölkəmizdə dörd
tayfunun baş verdiyini gördük. Daha şiddətli fırtınalar tez-tez baş verir. Bu da onu
göstərir ki, biz artıq adaptasiya və yumşaltma mərhələsini
keçmişik. İndi
uzunmüddətli planlaşdırma
mərhələsinə keçməliyik
və bunu, xüsusilə itki və zərər maliyyəsi vasitəsilə
həyata keçirməyə
ümid edirik”.
Azərbaycan və COP29 tədbirin təşkilatçılığı barədə təəssüratlarını bölüşən Anna Viktoriya Tuazon Bakını "xoş sürpriz" adlandırıb: “Azərbaycana ilk səfərimdir və çox təsirləndim. Köhnə şəhəri görmək, həm müasir, həm də qədim elementlərin ahəngini izləmək, bu irsi necə qoruduğunuzu görmək çox təsirli idi. Tədbir çox səmərəli təşkil olunub”.
Azərbaycan.-2024.- 23 noyabr (¹ 258).- S.14.