COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb

 

Azərbaycan çox təmiz gözəl bir ölkədir. Buradakı insanlar çox mehribandır. COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb. Könüllülər, təhlükəsizlik, təmizlik işləri, eləcə ümumi logistika çox yaxşı idarə olunur. Dövlətin bu tədbiri uğurla həyata keçirmək üçün ciddi öhdəliklər götürdüyü aşkar hiss olunur.

Bu sözləri COP29 çərçivəsində ölkəmizə gələn Qvineya Respublikasının Ətraf Mühit Dayanıqlı İnkişaf Nazirliyinin Adaptasiya Fondunun məsul şəxsi xanım Fatoumata Sangare AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Azərbaycana ilk dəfə gəldiyini diqqətə çatdıran nümayəndə bu səfəri haqqında müsbət təəssüratlarını paylaşıb. O, Azərbaycan dövlətinə təşkilatçılara bu cür mötəbər konfransı ən yüksək səviyyədə təşkil etdiklərinə görə təşəkkürlərini bildirib.

Fatoumata Sangare, həmçinin COP29-dan əsas gözləntilərini dilə gətirib: “İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində götürdükləri maliyyə öhdəliklərini yerinə yetirmələrini gözləyirik. İnkişaf etməkdə olan ölkələr, xüsusilə adaptasiya prioritetləri olan ölkələr layihələrini həyata keçirmək üçün maliyyə dəstəyinə ehtiyac duyurlar”.

 

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.14.