COP29 günlərində Azərbaycan həm multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi

 

İki həftədir davam edən, bütün dünyanın diqqətini özünə cəlb edən COP29 tədbirləri artıq yekunlaşmaq üzrədir. Müstəqil Azərbaycanın dünyaca böyük nüfuzundan xəbər verən bu beynəlxalq tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı, habelə həyatın bütün sahələrinə nüfuz edən iqlim dəyişmələrinə dair qarşıya qoyulan məsələlər ölkə ictimaiyyətində qürur hissi məmnunluq yaratmışdır.

Bu barədə Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Şöhrət Qasımov müxbirimizlə söhbətində demişdir:

- Ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq əməkdaşlığın genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, ekoloji problemlərin araşdırılması həlli yollarına da işıq salmışdır. Bu tədbir bəşəriyyətin sağlam gələcəyinə, iqtisadi, sosial-mədəni tərəqqiyə yönəliklə yanaşı,  səhiyyə sisteminin inkişaf coğrafiyasını da dünyaya tanıtdı.

Düşünürəm ki, COP29 platforması yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu qlobal tədbirin respublikamızda keçirilməsi Prezident İlham Əliyevin apardığı böyük siyasətin uğurlu nəticəsidir. Bu tədbirdə dünyanın 196 ölkəsindən 72000 insan, prezident, vitse-prezident, baş nazir digər hökumət dövlət adamları iştirak edirdi. Dövlətimizin başçısı İlham Əliyev çıxışında ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a evsahibliyi etmək şərəfinin verildiyinə görə təşəkkürlərini bildirərək dedi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük".

Bu, sadəcə, etiket deyil, həm çox böyük effekt idi.

Prezident çıxışında iştirakçılara gəzin, görün, öyrənin, tanıyın Azərbaycanı - deməklə, dünyaya kim olduğumuzu xatırlatmağı lazım bildi. Biz o xalq, o ölkə, o dövlətik ki: "Dörd il öncə İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik, o ölkə, o dövlət, o millətik ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata müstəqil siyasətə malik güclü ölkəni qura bildik".

Azərbaycan Prezidentinin "Azərbaycan dövləti dörd il əvvəl 44 günlük Vətən müharibəsində bir il öncə birgünlük antiterror əməliyyatında tam müstəqilliyini, suverenliyini bərpa etməklə,  təkcə öz adımızı yox,  BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə haqq qazandırdıq" fikri, qətiyyət hissi böyük şəstlə "Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik Ermənistanın işğalına son qoyduq..." deməsi, nəinki mənim çalışdığım Azərbaycan Tibb Universitetinin professor müəllim heyətində, ürəyi Azərbaycanın tarixi  Zəfər qələbəsi ilə döyünən hər bir ziyalıda, hər bir gəncdə qürur hissi doğurdu. 

Azərbaycan sülh, barış, əmin-amanlıq istəyən ölkədir. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari, səhiyyə nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji daşımalar yollarını dəyişib məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib... COP günlərində bizi məmnun edən həm o oldu ki, Azərbaycan bütün dünyaya xalqların, millətlərin, dövlətlərin bir araya gəldiyi, görüşüb-anlaşdığı mədəniyyət körpüsü, multikultural ölkə olduğunu bəşəriyyətə nümayiş etdirdi.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2024.- 23 noyabr (№ 258).- S.15.