COP29 və
“Yaşıl dünya
naminə həmrəylik
ili” çərçivəsində
beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan Respublikası
Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “ELM” ictimai birliyinin sədri Səbuhi Abdullayevin rəhbərliyi
ilə “Yaşıl Şuşa-Yaşıl dünya
gənc alimlərin elmi tədqiqatlarında” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə
sentyabrdan başlayaraq
3 ay müddətində
davam edib.
Layihədə 70-dən çox alim və tədqiqatçının
tezislərindən ibarət
konfrans materialları çap edilib. Tezislərin arasında mühüm araşdırma
tələb edən, eləcə də süni intellektə əsaslanan bir çox elmi iş yer alıb.
Tədbirdə, həmçinin
rənglərin, incəsənətin
ekologiyada oynadığı
rolla bağlı təqdimatlarda çıxışlar
dinlənilib.
Konfrans çərçivəsində
30-dan çox gənc
tədqiqatçı Xankəndi
və Şuşa şəhərlərinə səfər
edib, Qarabağ Universitetini, Cıdır düzünü, İsa bulağını, Ağdam
Cümə məscidini
ziyarət ediblər.
Layihənin sonunda iştirakçılara rəsmi
sertifikatlar təqdim edilib.
Azərbaycan.-2024.- 23 noyabr
(№ 258).- S.20.