COP-ların Azərbaycan zirvəsi

 

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı dünyanın  ölkəmizə etimadının, etibarının  göstəricisi, beynəlxalq aləmdə qazandığı hörmət nüfuzun dəyərləndirilməsi idi. Ölkəmiz COP29-dək bir çox möhtəşəm  tədbirə evsahibliyi etməklə   dünyada yüksək imic qazanmışdı. COP29 kimi genişmiqyaslı bir tədbirin keçirilməsi üçün məhz Azərbaycanın seçilməsinin başlıca səbəblərindən biri həm enerji keçidi  sahəsindəki fəaliyyətimiz, hamıya bəlli olan "yaşıl gündəliy"imiz idi.

Azərbaycan COP29-a doğru addım-addım, lakin uzaqgörənliklə, inamla, məqsəd aydınlığı ilə gəlmişdi.

Dünyada az olkə var ki, öz enerji təhlükəsizliyini tam şəkildə özü  həll etmiş olsun. Prezident İlham Əliyevin çıxışlarının birində dediyi kimi: "Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən biz enerji təhlükəsizliyi məsələsinə toxunmalıyıq. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin enerji təhlükəsizliyini təmin edir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bizim planlarımıza qazın, elektrik enerjisinin neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir".

Azərbaycan buna, dövlətimizin başçısının sözü ilə ifadə etsək, Tanrının bizə vəsilə etdiyi, pay verdiyi enerji resursları ilə, neft, qaz sahəsində qlobal layihələr həyata keçirməklə nail olub. Bununla yanaşı, yanacaq enerjisindən əldə olunan gəlirlərdən səmərəli istifadə ilə digər sahələri inkişaf etdirmişik. Bir sözlə, ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Çoxsaylı sanballı ekoloji layihələr həyata keçirilib ki, bunlara da sərf olunan xərclər təbii ki, neftin qazın satışından əldə edilən vəsaitdəndir. Bütün  bunlarla yanaşı, biz  xeyli vaxtdır "yaşıl enerji"yə  geniş meydan vermək üzərində düşünür işləyirik. Bu sahədə artıq  uğurlu start götürülüb layihələr gerçəkləşdirilib.    

Xatırladaq ki, Prezident İlham Əliyevin  "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpaolunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə "Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi" hazırlanıb.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"  bölmələrdən biri məhz "Təmiz ətraf mühit  "yaşıl artım" ölkəsi"  adlanır. Həmin sənəddə deyilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.

Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır. Bunlardan biri  yüksəkkeyfiyyətli ekoloji mühit, digəri  "yaşıl enerji" məkanıdır.

Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat dənizdə 157 giqavat təşkil edir. İndiyədək  bu istiqamətdə görülən işlər baradə deməyə   söz var. Belə ki, ötən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin tikdiyi 230 meqavatlıq "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29-un davam etdiyi günlərdə  Cəbrayıl rayonunda Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli qoyulub.

Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvan Muxtar Respublikası dövlət başçısı tərəfindən  "yaşıl enerji" zonaları elan edilib. Bununla yanaşı, bərpaolunan eneji layihələrimiz getdikcə daha çox bölgəni əhatə etməkdədir. Cari  il iyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft Qaz 12-ci Xəzər Beynəlxalq Energetika "Yaşıl Enerji" sərgilərinin açılışı zamanı Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye yüksək texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Neftçala, Biləsuvar günəş-elektrik stansiyalarının Abşeron-Qaradağ Külək-Elektrik Stansiyasının təməlini qoydular.

Ümumiyyətlə, 2030-cu ilə qədər ölkəmizdə təxminən 6 giqavatlıq günəş, külək hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Lakin bu, planlarımızın hamısı deyil, çünki 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr anlaşma memorandumları imzalanıb. Külək günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpaolunan enerjinin payı 2027-ci ildə 33 faizə, 2030-cu ildə isə 35,5 faizə  yüksələcək.

Bütün bu digər nailiyyətlərimiz COP29 zirvəsindən daha aydın göründü. On minlərlə qonağımız tədbirin mükəmməl təşkilini görməklə, qlobal çağırışlarını eşitməklə yanaşı, həm "yaşıl enerji" strategiyamızla daha yaxından tanış oldu.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 24 noyabr (¹ 259).- S.5.