COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

 

 

Artıq başa çatan COP29 Azərbaycanın beynəlxalq müstəvidəki böyük siyasi qələbəsi, irimiqyaslı diplomatik uğuru oldu - həm belə bir mötəbər tədbirin keçirilməsinin ölkəmizə həvalə edilməsi, həm qlobal konfransın yüksək səviyyədə təşkili, həm bir il bizə qarşı aparılan haqsız qərəzli gözdənsalma kampaniyasına dövlətimizin sinə gərməsi baxımından...

 

Dünya bir daha bizim imkan bacarıqlarımızın, dövlət qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün perspektivlərinin şahidi oldu. İştirakçıların kütləviliyi beynəlxalq aləmin diqqətini özünə cəlb etməsinə görə COP29 şübhəsiz ki, bu qəbildən olan ən uğurlu mötəbər əhəmiyyətli tədbirlərdən biri kimi tarixə düşdü.

 

Azərbaycanın "yaşıl gündəliy"i, multikulturalizm siyasəti qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr dayanıqlı inkişaf yolunda olduğumuzu bir daha təsdiqlədi,  ölkəmizin öz tarixini milli maraqlarını qoruyaraq qlobal proseslərə necə fəal şəkildə qoşulduğunu göstərdi. Bu yanaşma Azərbaycanın  enerji logistika mərkəzi kimi mövqeyini daha da gücləndirərək COP29-un keçirilməsi üçün  ideal bir platforma təqdim etdi.

 

Bu gün Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq onları gücləndirmək, eləcə həmrəyliyi möhkəmləndirmək imkanını yaradır. Dövlət başçısı Liderlər Sammitindəki çıxışında bu məsələni önə çəkərək demişdir: "Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji daşımalar yollarını dəyişib məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

 

Dövlətimiz inkişaf etmiş inkişaf edən ökələr, Qlobal Cənub Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq ücün bundan sonra da əlindən gələni edəcəyini bəyan etdi. Bütün bu amillərlə yanaşı, COP29 Azərbaycanın həm uzun illərdir apardığı ədalət uğrunda mübarizəsində nail olduğu simvolik zəfərdir. Bu yalnız dövlətin deyil, hər bir vətəndaşın COP29 zəfəridir.

 

 

 

İntellektual potensialımızın dünyaya nümayişi

 

 

 

Bakıda yüksək səviyyədə keçirilən COP29-u səciyyələndirən mühüm xüsusiyyətlərdən biri odur ki, Azərbaycan qlobal ekoloji problemlərin çözümü üçün təşkil edilmiş konfransa təkcə evsahibliyi edən tərəf deyildi. Ölkəmiz bu beynəlxalq müstəvinin yaratdığı imkanlardan maksimum yararlanaraq bərpaolunan, yaxud ekoloji cəhətdən təmiz enerji mənbələrinin istismarı sahəsində ciddi addımlar atmağa nail oldu. COP29 çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış şirkətlərlə imzalanan müqavilə sazişlər Azərbaycanda nəinki enerji hasilatı, habelə bütün iqtisadiyyatın tədricən ardıcıl şəkildə yaşıl formata keçidini təmin edəcək. Bu, illərdir dünyaya neft qaz ixrac edən, neft hasilatı istiqamətində əsryarımlıq tarixi, bir sıra ilklərin vətəni olan bir ölkə üçün inqilabi göstəricidir.

 

İnsan zəkası inkişaf etdikcə, texnoloji tərəqqi irəlilədikcə hər bir kəs ənənəvi təcrübəni irəli aparıb əvvəlkindən daha yaxşısını, yaşayış tərzi ətraf mühit üçün daha yararlısını etməyə çalışır. Bu baxımdan "yaşıl enerji"yə keçid prosesi getdikcə sürətlənir. Həmin prosesdə adətən dəyişiklik meyillərini vaxtında dəyərləndirib ona çevik şəkildə uyğunlaşan dövlətlər, cəmiyyətlər böyük nailiyətlər əldə edirlər. Sevindirici haldır ki, Azərbaycan bu prosesin önündə addımlayan ölkələrdəndir. Zəngin neft resursları ilə tarixən enerji ölkəsi kimi tanınmış respublikamız hazırda "yaşıl enerji"yə keçid sahəsində nümunələr yaradaraq ənənələrini qoruyub inkişaf etdirir. Eyni zamanda qlobal miqyasda bu istiqamətdə təşəbbüslərə real layihələrlə böyük faydalar verir.

 

Hazırda Azərbaycan istifadə etdiyi elektrik enerjisinin cəmi 6 faizini bərpaolunan mənbələrindən əldə edir. 2030-cu ildə ölkəmiz bu sahədə 34 faizlik göstəriciyə nail olmağı hədəfləyir. Bu həm hazırda elektrik enerjisinin istehsalı üçün tələb olunan xammala qənaət, həm ətraf mühitin təmizliyi baxımından ciddi göstərici olmaqla yanaşı, aylardır "neft ölkəsi iqlim dəyişmələrinə dair konfransı necə keçirə bilər" hədyanlarını qaldıran dairələrə dövlətlərə verilmiş tutarlı cavabdır. Bu, dövlətimizin beynəlxalq öhdəliklərə verdiyi önəm töhfə, hökumətimizin çevikliyi novatorluğa adaptasiya bacarığı ilə paralel, xalqımızın intellektual səviyyəsi potensialının dünyaya nümayişidir. Biz xammal ölkəsi deyil, faydalı qazıntıları istehsala, real iqtisadiyyatın qurulmasına nəticə etibarilə insan kapitalına sərf edə bilən, savadlı cəmiyyətdə yaşayan xalqıq! Bu reallıq COP29-u yüksək səviyyədə keçirməyə nail olan dövlətimizin təbii ki, xalqımızın böyük uğurudur.

 

 

 

Avropanın zülməti türkün işığı

 

 

 

Azərbaycan 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"ndən irəli gələn prinsip öhdəliklərə sadiqlik göstərərək, onların ardıcıl şəkildə həyata keçirilməsi ilə beynəlxalq tərəfdaşlarını enerji daşıyıcıları ilə təmin edib. Ölkəmizin etibarlı tərəfdaş qismində çıxış etməsi beynəlxalq aləmdə siyasi çəkimizin artmasına səbəb olub. Azərbaycan faktiki olaraq iqtisadi imkanlarını siyasi kapitalın toplanmasına, beynəlxalq imic nüfuzunun yüksəlməsinə yönəltməyi bacarmış nadir dövlətlərdən biridir. Geosiyasi platformada əldə etdiyimiz bütün nailiyyətlər onların məntiqi sonluğu olaraq qazandığımız Qarabağ zəfəri təkcə iqtisadi resurslara malik olmağımızla bağlı deyil, bu imkanları optimallıqla sərfiyyatın daima etibarlı tərəfdaş statusunda çıxış etməyimizin bəhrəsidir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Avropanın 10-a yaxın ölkəsini mavi yanacaqla təmin edir "qoca qitə"dəki ixrac coğrafiyamız getdikcə genişlənir. Təsadüfi deyildir ki, ixrac arxitekturasının şaxələnməsini bizdən məhz Avropanın rəhbərləri xahiş edirlər. Bu gün bəzi Avropa dövlətlərinin Azərbaycana münasibətdə qərəzli yanaşmaları, COP29-a qarşı qarayaxma kampaniyasının önündə olmaları qazandığımız uğurlar müqabilində həm onların məğlubiyyətlərini etiraf etmələridir.

 

Azərbaycanın dünya iqtisadiyyatının yeni trendi - bərpaolunan enerjidə texniki potensialı quruda 135, dənizdə 157 giqavat təşkil edir. Bu, olduqca böyük ehtiyatdır. Azərbaycan həyata keçirməyi planlaşdırdığı çevik tədbirlər vasitəsilə həmin enerjini ixraca yönəldəcək. Yaxın illərdə Avropa qitəsi Azərbaycanın neft qazı ilə yanaşı, həm "yaşıl enerji"sini idxal edəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla ilkin addımlar da atılıb. Azərbaycandan "yaşıl enerji" Gürcüstan üzərindən Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə ilkin olaraq Rumıniya Macarıstana çatdırılacaq. Sonra isə təbii ki, Avropanın digər ölkələri bu ekoloji cəhətdən təmiz ucuz başa gələn enerji mənbəyinə qoşulacaqlar. Əlamətdar haldır ki, bu xəttə qardaş türk dövlətləri - Qazaxıstan Özbəkistan da öz ehtiyatları ilə qoşulacaqlar müştərək ixrac potensialımız daha da artacaq. Beləliklə, türk dünyası Avropa üçün işıq mənbəyi olacaq!

 

Prezident İlham Əliyev "yaşıl enerji" istehsalı ilə bağlı bu gün Azərbaycanın ciddi təşəbbüslərinin olduğunu Liderlər Sammitində vurğulamışdır: "Biz 2030-cu ilə qədər təxminən 6 giqavatlıq günəş, külək hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr anlaşma memorandumları imzalanıb. Biz həmçinin ixrac bazarlarına diqqət yetiririk Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə  Avropaya "yaşıl enerji"ni ixrac etmək imkanı verəcək bu kabelin texniki potensialı 4 giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə bu, yalnız başlanğıcdır".

 

 

 

Aydın yol: "yaşıl enerji"yə doğru

 

 

 

COP29-dan əldə etdiyimiz simvolik qələbənin ən mühüm tərəfi isə 4 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli, mətin ordumuzun azad etdiyi torpaqlarımızla bağlıdır. Dövlət başçısının qlobal tədbirin açılışındakı çıxışında xüsusi vurğuladığı layihələrdən biri -  BP şirkəti ilə 240 meqavatlıq günəş enerjisi stansiyasının tikintisi azad edilmiş Cəbrayılda gerçəkləşəcək. Qarşıdakı illərdə bu stansiya xüsusi kabel vasitəsilə Avropaya "yaşıl enerji" ixrac edəcək mənbələrdən biri olacaq. Bu, xalqımızın 30 ilə yaxın müddətdə torpaqlarının azadlığı uğrunda savaşla yanaşı, bizə qarşı aparılan ədalətsiz mübarizədə əldə etdiyi daha bir zəfərdir. Onillər boyunca etnik separatizm hərbi cinayətlərin, soyqırımı, deportasiya kriminalın, narkotrafik qaçaqmalçılığın simvolu olan "boz zona" kimi tanınan bölgədən əldə ediləcək "yaşıl enerji" xalqımıza qarşı bu ədalətsizliyi müdafiə mühafizə edən, möhkəmlədən, yaxud ən yaxşı halda buna göz yuman bəzi dövlətlərin təmsil olunduğu Avropaya çatdırılacaq. Bir vaxtlar boz qaranlıq ərazi, hazırda isə ekoloji amilləri nəzərə almaqla həyata keçirilən modern layihələr meydanı olan Qarabağ Şərqi Zəngəzur Avropa üçün işıq mənbəyi rolunda çıxış edəcək. COP29-da əldə etdiyimiz qələbələrdən biri məhz budur, bu nailiyyətimizi dünyaya göstərə bilməyimizdir.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 24 noyabr (№ 259).- S.6.