“Digər
dövlətdə qeydiyyatda
olan istismarçılar
tərəfindən istismar
edilən hava gəmilərinə uçuşların
təhlükəsizliyi ilə
bağlı nəzarətin
həyata keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında
¹ 490
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il
22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
15 fevral tarixli 1 nömrəli Fərmanının
2.3.19-cu yarımbəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Digər dövlətdə
qeydiyyatda olan istismarçılar tərəfindən
istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi
ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”
təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
21 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
24 noyabr (¹ 259).- S.2.