“Azərbaycan
Respublikasında sektorlar
üzrə strateji planların hazırlanması
Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında büdcə
təşkilatlarının sektor strateji planlarının hazırlanması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarının ləğv
edilməsi barədə
¹ 491
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Ortamüddətli xərclər
çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı
büdcə mexanizminə
keçid islahatlarının
genişləndirilməsi və
bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2024-cü il 3 may tarixli 54 nömrəli Fərmanının 3.2-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında
sektorlar üzrə strateji planların hazırlanması Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasında
büdcə təşkilatlarının
sektor strateji planlarının hazırlanması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2018-ci il 28 dekabr tarixli 571 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (II kitab),
maddə 2761 (Cild I) ləğv edilsin.
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi:
3.1. bu Qərarın
tətbiqi ilə bağlı müvafiq sektorlar üzrə aparıcı qurumların
sektorlar üzrə strateji planlarının, habelə həmin sektorlarda fəaliyyəti olan təşkilatların
sektorlar üzrə büdcə planlarının
tərtibi, icrasına
dair hesabatlılığı
və monitorinqi sahəsində təlimatlandırma
və koordinasiyalı
işin təşkilinin
təmin edilməsi məqsədilə “Sektorlar
üzrə strateji planların və büdcə planlarının
tərtibinə dair metodoloji Təlimat”ı Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə razılaşdırmaqla
üç ay müddətində təsdiq
etsin;
3.2. bu Qərardan
irəli gələn digər məsələləri
həll etsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
22 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
24 noyabr (¹ 259).- S.2.