“Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin strukturuna daxil olan Milli
Müdafiə Universitetinin
tabeliyindəki xüsusi
təyinatlı təhsil
müəssisələrinin kursantlarına ödəmələrin
verilməsi, vəsaitlərin
hesablarda yerləşdirilməsi
və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla
həmin vəsaitlərin
ödənilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında
¹ 493
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Gənclərin
hərbi sahədə
təhsil almasının
təşviq edilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
14 dekabr tarixli 2381 nömrəli Fərmanının
7.2-ci bəndinin icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
strukturuna daxil olan Milli Müdafiə
Universitetinin tabeliyindəki
xüsusi təyinatlı
təhsil müəssisələrinin
kursantlarına ödəmələrin
verilməsi, vəsaitlərin
hesablarda yerləşdirilməsi
və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla
həmin vəsaitlərin
ödənilməsi Qaydası”
təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar
2024/2025-ci tədris ilindən
başlayaraq Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin strukturuna daxil olan Milli
Müdafiə Universitetinin
tabeliyindəki Heydər
Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsinə,
o cümlədən bakalavriat
səviyyəsinin hazırlıq
kursuna, Bakı Hərbi Kollecinə, Gəncə Hərbi Kollecinə, Naxçıvan
Hərbi Kollecinə, Heydər Əliyev adına Hərbi Liseyə və Cəmşid Naxçıvanski
adına Hərbi Liseyə qəbul olunmuş və həmin müəssisələrdə
təhsil alan kursantlara şamil edilir.
3. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi:
3.1. “Azərbaycan Ordusunun
hərbi qulluqçularının
pul təminatı haqqında Əsasnamə”də
bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun dəyişikliklərin Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi ilə razılaşdırmaqla 10 (on)
gün müddətində
həyata keçirilməsini
təmin etsin;
3.2. bu Qərardan
irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi bu Qərardan irəli gələn məsələlərin
həlli üçün
zəruri tədbirlər
görsünlər.
5. Bu Qərarda
dəyişiklik Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması,
razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin
3.5-ci bəndinə uyğun
edilə bilər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 23 ” “ noyabr ”
2024-cü il
Azərbaycan.-2024.-
24 noyabr (¹ 259).- S.2.