Azərbaycan
Respublikasının Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv
edilməsi, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan
Respublikasının Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması
haqqında” 2019-cu il
30 iyul tarixli 335 nömrəli Qərarında
dəyişiklik edilməsi
və “Azərbaycan Respublikasının Dövlət
Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin
say həddinin, onların əməkhaqlarının
məbləğinin (vəzifə
maaşının, vəzifə
maaşına əlavələrin,
mükafatların və
digər ödənişlərin)
təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi
haqqında” 2019-cu il
17 aprel tarixli 175 nömrəli Qərarının
ləğv edilməsi
barədə
¹ 494
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Azərbaycan Dövlət Tərcümə
Mərkəzinin və
Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 21 noyabr tarixli 368 nömrəli Sərəncamının 2.1-ci bəndinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 7, maddə
1357 (Cild I); 2024, ¹ 1, maddə
108, ¹ 2, maddə 209, ¹ 3, maddə
306) 2-ci və 3-cü hissələri
ləğv edilsin.
3. “Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin, onların əməkhaqlarının məbləğinin
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) təsdiq
edilməsi və əməyin ödənişi
fondunun müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 4, maddə
768 (Cild I); 2024, ¹ 1, maddə
107, ¹ 3, maddə 306) ləğv
edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
“ 23 ” “ noyabr ”
2024-cü il
Azərbaycan.-2024.-
24 noyabr (¹ 259).- S.2.