COP29-da təbiət prioritetimizdir

 

Böyük Britaniya Hökuməti COP29-da təbiətin gündəlikdə önəmli yer tutmasını təmin etmək üçün buradadır. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm özümüzü xilas etmək üçün qorumalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Britaniyanın təbiət naziri Meri Kriq COP29 çərçivəsində keçirilən tədbirdə deyib. Nazir okean icmasının gücləndirilməsi qrantlar proqramının birinci mərhələsi çərçivəsində maliyyələşdiriləcək 20 layihəni açıqlayıb. Bu layihələr dəniz mühitində dünya üzrə sahilyanı icmalarda davamlı dəyişikliklər həyata keçirəcək, yoxsulluğu azaldacaq, yerli icmaları gücləndirəcək dəniz ekosistemlərinin sağlamlığını qoruyacaq.

Meri Kriq okeanın qlobal istiləşmə, çirklənmə turşulaşmanın üçqat təhdidindən əziyyət çəkdiyini bunun dəniz sahil ekosistemlərinin çökmə riskini artırdığını deyib:

Bu mühüm layihələr Yer kürəsinin iqlim baxımından ən həssas yerlərində dəniz yaşayış mühitlərini qorumağa kömək edəcək. Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır biz təbiəti yalnız onun öz dəyəri üçün deyil, həm özümüzü xilas etmək üçün qorumalıyıq”,- deyə nazir çıxışında qeyd edib.

 

Azərbaycan.-2024.- 24 noyabr (¹ 259).- S.4.