“Sayca 29-cu olsa da, bu, unikal COP-dur”
Sayca 29-cu olsa
da, bu, unikal COP-dur. İqlim problemlərinə
dair geniş və əhatəli müzakirələr aparılır.
Bir çox başqa beynəlxalq tədbirlərdə
belə bir səviyyədə müşahidə
etdiyimiz siyasiləşmə
yoxdur. İqlim gündəmi çərçivəsində
öz iqtisadi rəqabətini nümayiş
etdirmək cəhdi də edilmir. Açıq dialoq, o cümlədən həssas
ölkələrlə aparılır
və hər kəs öz mövqeyini ifadə edə bilər. Bu, hətta Paris Sazişi imzalananda da müzakirə
olunan iqlim maliyyəsi ilə bağlı konkret mexanizmlərin işlənib
hazırlanması üçün
dialoqdur. Uzun illər keçsə də, bu günədək
iqlim sahəsində
real addımlar atılmayıb
və bu gün artıq uyğunlaşma baxımından
və iqlim dəyişikliyinə təsirin
azaldılması nöqteyi-nəzərindən
texnologiyanın inkişaf
etmiş ölkələrdən
inkişaf etməkdə
olan ölkələrə
ötürülməsi ilə
bağlı dialoq gedir. Bu, Bakıdakı
COP-un unikallığıdır.
Bu barədə AZƏRTAC-a Rusiya
Federasiyasının Su
Ehtiyatları üzrə
Federal Agentliyinin rəhbəri
Dmitri Kirillov bildirib.
Onun sözlərinə
görə, iqlim dialoqunda su gündəliyi
yenicə formalaşıb.
“Bu, su mövzularının müstəqil, ayrıca müzakirə edildiyi üçüncü konfransdır
və onu göstərir ki, biz indi iqlim dəyişikliyi şəraitində ekosistemlərimizi
qoruyub saxlamağın
zəruriliyini anlamağa
yaxınlaşırıq. Bu gün su gündəmi
genişlənir. Ölkələr
bu vəzifələrin
bir dövlətin hüdudları daxilində
həll oluna bilməyəcəyini anlayaraq
su ehtiyatlarının
qorunması, onlardan kompleks istifadə və rasional idarə olunması üçün birgə tədbirlərin görülməsinə
ehtiyac olduğunu dərk edirlər. Rusiyaya gəlincə, dövlət sərhədimizin
təxminən 40 min kilometri
su hövzələrindən
keçir”, -deyə agentliyin həmsöhbəti
qeyd edib.
Rusiya ilə Azərbaycan arasında su ehtiyatları üzrə münasibətlərin
inkişaf perspektivlərinə
toxunan Kirillov transsərhəd
Samur çayının
su ehtiyatlarının
səmərəli istifadəsi
və mühafizəsi
haqqında mövcud hökumətlərarası Sazişi
xatırladıb.
Agentliyin rəhbəri qeyd edib: Bu mövzuda dialoq demək olar ki, hər həftə keçirilir, çünki bu, su ehtiyatlarının bölünməsi, su qurğularının fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Məsələn, bu gün toplaşdığımız Bakı şəhəri Samur suyu ilə 90 faiz təmin olunub. Əgər Rusiya ilə Azərbaycan arasında konstruktiv dialoq qurulmasa, o zaman Bakıya su təchizatı məsələsi havada qalacaq və problemin həlli üçün başqa alternativ yollar olmayacaq. Məhz bu səbəbdən biz azərbaycanlı həmkarlarımızla sıx əlaqə saxlayırıq. Bu, çayın su ehtiyatlarının 95 faizinin Rusiyada formalaşması şərti ilə ölkələr arasında strateji əməkdaşlığın nümunəsidir. Eyni zamanda, konstruktiv dialoqun elementidir və biz onu bu gün burada başqa ölkələrə təşviq edirik. Çaylar ayırmamalıdır - çaylar birləşdirməlidir”.
Azərbaycan.-2024.- 24 noyabr (№ 259).- S.6.