COP29 energetiklər
üçün də
səmərəli oldu
"Azərenerji"
ASC qlobal iqlim konfransında beynəlxalq
əlaqələrini daha
da genişləndirdi
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) öz
işini başa vurdu. Bakı Olimpiya Stadionunda 196 ölkənin nümayəndələri
COP29 çərçivəsində dünyamızın yaşıllaşması
yolunda həmrəy oldular. COP29-un "yaşıl
zona"sında yaradılan
yerli və xarici ölkə pavilyonlarındakı panel
yığıncaqlarında müzakirə olunan məsələlər iqlim
dəyişmələri, ətraf
mühitin qorunması
kimi mövzularla yaddaşlarda qaldı.
COP29 çərçivəsində
"Azərenerji" və
"Azərişıq" "yaşıl zona"da geniş pavilyonla təmsil olunurdu. Burada ziyarətçilərə
maketlər və hazırlanan təqdimatlar üzərindən geniş
məlumatlar verilməklə
yanaşı, tanıtım
bukletləri və kataloqlar da paylanırdı.
"Azərenerji" tərəfindən
görülən dekarbonizasiya
tədbirləri, "yaşıl
enerji zonası" elan edilən Qarabağ və Şərqi Zəngəzurda
4 ildən az müddətdə ümumi
gücü 270 meqavat olan 32 su-elektrik stansiyasının tikilməsi
ilə bağlı verilən məlumatlar qonaqların geniş marağına səbəb
olurdu.
Pavilyonda daha çox diqqət çəkən Qarabağ
və Şərqi Zəngəzurun xəritəsi
idi. Xəritənin COP29-da nümayiş olunmasının
səbəbini "Azərişıq"
ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin
"Yaşıl enerji"
kafedrasının müdiri Aysel Həmidova belə söylədi:
"Məlumdur ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru "yaşıl
enerji zonası" elan edib. Qarşıdakı
illərdə bu ərazi tamamilə su, külək və günəş-elektrik
stansiyalarından alınan
enerji ilə təmin olunacaq. Bu gün ölkəmizdə
bərpaolunan enerjinin potensialı 20 faizdən bir az çoxdur.
2030-cu ilə kimi bu potensialı 30 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Qarabağ regionunda ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyasında "yaşıl
enerji" istehsal edilir. Bu da
onu deməyə əsas verir ki, Azərbaycanda "yaşıl enerji" layihələri iqlim dəyişmələrinə qarşı
mübarizədə əhəmiyyətli
rol oynayır".
Qeyd edək ki, ötən iki həftədə "Azərenerji" və
"Azərişıq" ASC-lərin çoxlu sayda təqdimat mərasimləri keçirilib.
Tədbirlərdə əsasən
ekologiyaya müsbət
töhfə verən texnologiyaların tətbiqi
ilə innovativ yanaşmalar nümayiş
olunub. Elektrik xətlərinin və yanacaqdoldurma məntəqələrinin
monitorinqi, eləcə
də günəş
panellərinin yarımstansiyalar
üzərində quraşdırılması
prosesini "Azərişıq",
istehsalla bağlı məsələləri isə
"Azərenerji" təqdim
edib. "Yaşıl
zona"da beynəlxalq
enerji şirkətlərinin
rəhbərləri ilə
bir neçə görüş keçirən
"Azərenerji" tərəfindən
6 tədbir, 5 imzalanma mərasimi baş tutub.
Tədbirin ikinci
günü Səudiyyə
Elektrik Şirkətinin
başçısı Xalid
Əl Hamidi ilə "Azərenerji"
ASC-nin rəhbəri Baba Rzayev arasında imzalanan anlaşma memorandumu COP29 çərçivəsində
hazırlanmış mühüm
hadisə idi. Bu sənəd əsasən bərpaolunan
enerji mənbələrinin
enerji sisteminə inteqrasiyası, elektrik enerjisi sahəsində bilik və təcrübə
mübadiləsini əhatə
edir.
Elə həmin
gün "Azərenerji"
və "GE Vernova"
şirkəti arasında
imzalanan müqavilə
də bu qəbildən olan tədbirlər sırasındadır.
Aysel Həmidova dedi ki, tədbirin
əsas mövzusu
"GE Vernova" şirkəti
tərəfindən "Azərenerji"
ASC-nin Şirvan şəhərində yerləşən
"Cənub" Elektrik
Stansiyasının qaz
turbinlərindən birinin
100 faiz hidrogen yanacağı ilə işləməyə keçirilməsi
layihəsi idi.
Söhbət zamanı
Aysel Həmidova "yaşıl zona"da baş tutan daha bir tədbir
haqqında fikirlərini
bölüşdü: "Azərenerji"nin rəhbəri
Baba Rzayevlə Çinin "Dongfang
Electric Corporation" (DEC) şirkətinin
rəhbərliyi araşında
görüş olub.
DEC Beynəlxalq Korporasiyasının
vitse-prezidenti Li Jianhua,
şirkətin beynəlxalq
əməkdaşlıq üzrə
vitse-prezidenti Wang Ai və şirkətin
Mingeçevirdə tikilən
1280 MVt-lıq yeni elektrik stansiyası üzrə layihə meneceri Li Qinin iştirakı ilə keçirilən görüşdə
bu gün reallaşdırılan layihələr
və əməkdaşlığın
gələcək perspektivləri,
"yaşıl enerji"yə
keçid və enerji effektivliyi mövzusunda müzakirələr
aparılıb. Bir gün sonra "Schneider
Electric" şirkətinin beynəlxalq əməliyyatlar
üzrə icraçı
vitse-prezidenti Maniş
Pant, şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə prezidenti İsmayıl Yamangilin "Azərenerji"
ASC-nin pavilyonunu ziyarət edərək Baba Rzayevlə görüşünü də
qeyd etməsəm olmaz. Görüşdə
mövcud əlaqələr
və perspektiv layihələr ətrafında
müzakirələr aparılıb.
Sonda "Schneider Electric" və "Azərenerji"
ASC arasında bərpaolunan
enerji mənbələrinin
enerji sisteminə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma
və digər sahələri əhatə
edən anlaşma memorandumu imzalanıb".
Ekoloji problemlərin
planetdə yaratdığı
təhlükələrin qarşısının
alınması yolları,
eləcə də
"yaşıl enerji"
ilə bağlı mövzular dünya dövlətlərini narahat
edən məsələlər
olduğu üçün
COP29-un fəaliyyət gündəliyində
daha qabarıq yer almışdı. Bu baxımdan Azərbaycanın energetika
sektorunu COP29-da təmsil
edən "Azərenerji"
iki həftə ərzində işini
"dolu-dolu" başa
vurdu, xüsusilə də beynəlxalq əlaqələrini genişləndirmək
fürsətini qaçırmadı.
İtaliyanın "Ansaldo
Energia" şirkəti ilə
imzalanan sənəd daha böyük əhəmiyyət kəsb
etdiyi üçün
bu faktı qeyd etməyi də lazım bilirik. "Azərenerji"
ilə "Ansaldo
Energia" arasında dekarbonizasiya,
kadr hazırlığı,
karbontutma, "yaşıl
hidrogen", kiçik
modul reaktorları və başqa istiqamətləri əhatə
edən anlaşma memorandumu bərpaolunan enerji keçidinə mühüm töhfə verəcək.
Daha sonra hər iki şirkətə
"SOCAR Trading" də qoşulub
və tərəflər
arasında karbon kreditlərinə dair üçtərəfli sənəd
imzalanıb. Sənədə
əsasən, "Ansaldo
Energia" şirkəti Kəlbəcər
rayonunda "Azərenerji"
tərəfindən tikilərək
istismara verilən
"Çıraq-1", "Çıraq-2", "Soyuqbulaq", "Qamışlı"
və "Meydan" kiçik su-elektrik stansiyalarında istehsal edilən sıfır emissiyalı elektrik enerjisi üzrə gələcəkdə yaradılacaq
karbon kreditlərini almaq niyyətini təsdiqləyib. Qeyd edək ki, Qarabağ
və Şərqi Zəngəzurda həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü
bazarda iştirak üçün müraciət
edilən ilk layihələrdəndir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 noyabr (¹ 259).- S.7.