Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

 

 

Azərbaycan müstəqil siyasət yürüdə bilən, öz maraqlarını açıq şəkildə bəyan edən ölkədir

 

 

 

Bakıda postsovet məkanında indiyə qədər təşkil edilmiş ən böyük beynəlxalq sammit - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 - BMT Baş Assambleyasından sonra dünya liderlərinin ikinci ən böyük illik toplantısı başa çatıb. Lakin yekun sənədlə bağlı işlər davam etdirilir. 

Qafqaz üzrə ekspertlər bu hadisənin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə necə təsir edəcəyi artıq təsir göstərdiyi barədə "Vestnik Kavkaza" portalına danışıblar.

İqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin "Diplomatiya" magistr proqramının rəhbəri, "Valday" Beynəlxalq Diskussiya Klubunun üzvü Stanislav Tkaçenko iki həftə ərzində Azərbaycanın dünyanın tam diqqət mərkəzində olduğunu vurğulayıb: "Dünya liderləri Azərbaycanın ev sahibi kimi planlaşdırdığı çox aktual gündəliyə dair mühüm məsələləri müzakirə etmək üçün Bakıya gəliblər burada iki dünyagörüşü toqquşub: inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizəyə baxışı inkişaf etməkdə olan ölkələrin baxışı. Belə vəziyyətdə  Azərbaycan öz dialoqlarında effektiv orta xətt tutmağı bacarıb. Ümid edirəm ki, COP29-da irəli sürülən iqlim gündəliyinə ədalətli yanaşmaya doğru hərəkət davam edəcək".

Politoloqun dediyinə görə, Rusiya Azərbaycanın konfransda sədrliyinə COP29-un təşkilinə çox yüksək qiymət verir. İnkişafın iqtisadiyyatı, dördüncü enerji keçidinin ona təsiri ətraf mühitlə bağlı hər şeyin müzakirəsi artıq inkişaf etməkdə olan ölkələrin xeyrinə resursların yenidən bölüşdürülməsi üçün effektiv modellər hazırlamağa yönəlməlidir. Azərbaycan bu mövqeyi açıq şəkildə ifadə edə bildi: zəngin dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə yoxsullara kömək etməlidirlər.

COP29 zamanı Azərbaycan özünü yaxşı təşkilatlanmış, gənc dinamik bir dövlət kimi göstərib, sanki Bakı son 20 ildə şəhər infrastrukturunu yeniləyib, sahillər göydələnlər tikib, əla hotel sənayesi yaradaraq belə bir mötəbər tədbir keçirməyə hazırlaşırmış. Bu günlərdə  Azərbaycan özünü çox müasir dövlət Cənubi Qafqazda şəksiz lider kimi göstərdi.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov Bakının yeniliklərinə diqqət çəkib: "Əvvəllər iqlim konfransları kifayət qədər standart ssenari üzrə keçirilirdi: inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə düzgün mübarizə aparmağı onların bununla bağlı etməli olduqlarını öyrədirdilər. Konfransın ev sahibi ölkəsi Azərbaycan isə özünü qeyri-adi kifayət qədər cəsarətli apardı: Prezident İlham Əliyev Fransa Niderlandın ünvanına  açıq müstəmləkəçilik ittihamları səsləndirdi onun çıxışı  təkcə COP29-a gəlməkdən imtina edən müstəmləkəçilərin özlərini deyil, həm Qlobal Cənub ölkələrini heyran qoydu. Yəni  dünya isteblişmenti deyilən şeyə uyğunlaşmadığı, öz qaydalarını diktə etdiyi zaman Azərbaycan müstəqil siyasət yeritməyə əsaslı şəkildə sadiqdir, o cümlədən beynəlxalq forumlarda".

COP29-da gördüyümüz  ikinci yenilik - dünyanın çirklənməsinin qlobal istiləşmənin benefisiarlarından, yəni inkişaf etmiş ölkələrdən 1,3 trilyon dollar tələb etməyə qərar verən Qlobal Cənub ölkələrinin birləşməsi. İqlim problemlərini həll etmək üçün bu, dünya nizamının əsaslarını dəyişdirən tamamilə yeni bir hekayədir.  İndi dünyanın əksər ölkələri olan Qlobal Cənubun yüksəlişini görürük. Onlar artıq qlobal azlıq ölkələrinin qaydaları ilə oynamaq istəmirlər, əksinə, öz iradələrini diktə etmək öz gündəmlərinə uyğun işləmək niyyətindədirlər.

Ekspert hesab edir ki, bunun Azərbaycanda baş verməsi təsadüfi deyil: "Biz Qoşulmama Hərəkatının inkişafında Bakının sədrliyinin qədər mühüm rol oynadığını xatırlayırıq. Azərbaycan bu gün fövqəldövlət ölkələrlə potensial fərqinə baxmayaraq, müstəqil siyasət yeridə bilən, öz maraqlarını açıq şəkildə bəyan edən ölkə nümunəsidir. İndi biz başa düşürük ki, zaman keçdikcə Qoşulmama Hərəkatı dünya miqyasında getdikcə daha əhəmiyyətli rol oynayacaq".

Rusiyalı  siyasi analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun  baş direktoru, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko COP29-un Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə yüksək statusunun nüfuzunun təsdiqi adlandırıb: "COP29 bir daha hamıya göstərdi ki, Azərbaycan bu gün qlobal miqyasda tendensiyaları müəyyən edən ölkələr sırasındadır. Təşkilati nöqteyi-nəzərdən, COP29 qüsursuz həyata keçirilib bu tip iqlim forumları üçün bir model təqdim edilib. Bakı əvvəllər mötəbər beynəlxalq sammitlərə əla evsahibliyi etməklə məşhur idi, lakin COP29 zamanı o, əslində dünyanın paytaxtı oldu. Konfrans təsdiq etdi ki, Azərbaycanın nüfuzu bu gün hamı - respublikanın həm düşmənləri, həm dostları tərəfindən tanınır".

İ. Korotçenkonun fikrincə, Azərbaycanın geosiyasi geoiqtisadi əhəmiyyəti bütövlükdə artır.  Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələri sırasındadır bu, heç kimin etiraz edə təkzib edə bilməyəcəyi faktdır. Azərbaycan qlobal gündəmi formalaşdırır. Bakının COP29-da qaldırdığı çox həssas məsələ iqlimin maliyyələşdirilməsidir. Qlobal istiləşmə proseslərinə əhəmiyyətli dərəcədə təsir edən ölkələr birgə məsuliyyət daşımaq istəmir iqlim dəyişikliyinə ən həssas olan kiçik ada dövlətlərinə kömək etməkdən yayınır. COP29-da Azərbaycanın irəli sürdüyü ideyalar müzakirə olunmuş, məqsədəuyğun düzgün hesab edilmişdir.   Bu günlərdə Bakıda qəbul edilən qərarlar sivilizasiyamızın üzləşdiyi ən aktual təhlükələrin dəf edilməsi nöqteyi-nəzərindən qarşıdakı onilliklərdə ən mühüm qlobal proseslərin gedişatını müəyyən edəcək.

Bu, Azərbaycan rəhbərliyinin analitik, strateji məqsədqoyma səviyyəsini göstərir. Axı konkret praktiki məzmun daşıyan qlobal təşəbbüsləri formalaşdırmaq üçün onları ətraflı şəkildə işləyib hazırlamaq, hesablamaq razılaşdırmaq lazımdır. Azərbaycan çox böyük işlər görüb.

Həmçinin Azərbaycan Qarabağın Şərqi Zəngəzurun bərpası timsalında "yaşıl texnologiya"lara, bərpaolunan mənbələrdən enerji istehsalına - külək su generasiyası, günəş enerjisindən istifadəyə verdiyi önəmi göstərdi.

COP29-da Azərbaycan nəinki diqqətlə hazırlanmış təşəbbüslər təklif etdi, həm edilməli olduğunu göstərdi.

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 24 noyabr (¹ 259).- S.12.