Bakının
daxilində “kiçik
şəhərcik”: COP29 məkanı
sanki “Nuhun gəmisi”nə bənzəyirdi...
Odlar diyarı Azərbaycan daha bir mötəbər tədbiri böyük təntənə ilə yola saldı. Təxminən 15 gün ərzində demək olar ki, insanların
yaşadığı bütün
materik və qitələrin nümayəndələri
dünyanı bürüyən
qlobal problemin çarəsini Bakıda axtardılar. Cəmi 11 aya xariqələr yaradan Azərbaycan COP29 üçün hər bir detalı nəzərdə saxlamışdı.
Yaddan çıxan hansısa incə bir məqam yox idi. COP29 məkanı kiçik şəhərcik kimi idi... Dünyanın dörd bir yanından
iştirakçıların olduğu COP29 məkanı
sanki “Nuhun gəmisi”nə bənzəyirdi... Həmin
"gəmiyə" minənləri
bir məqsəd, bir ümid birləşdirirdi:
təbiətin qəzəbindən
xilas olmaq...
Tədbirin sonuncu
günü olmasına
və yorğunluğa
baxmayaraq, hər kəs gülümsəyirdi...
Kimisi məmnunluqdan, kimisi isə ölkəmizin növbəti
sınaqdan üzüağ
çıxmasına görə...
AZƏRTAC COP29 tədbirinin keçirildiyi Mavi və Yaşıl zonalarda yerli və xarici iştirakçıların fikirlərini
öyrənib.
Qarayaxma kampaniyalarına
qarşı ideal cavab: ən yüksək səviyyədə
təşkilatçılıq və uğurlu ev sahibliyi
"EMEDIA Group" Media Təşkilatının
sədri Elşən Əliyevin sözlərinə
görə, ölkəmiz
hər zaman sülh, əmin-amanlıq,
humanistlik niyyətini dünyaya bəyan edib. COP29 tədbiri də Azərbaycanın öz ənənələrinə
sadiqliyinin növbəti
nümunəsidir:
"Biz dinindən,
dilindən, milliyyətindən,
irqindən asılı
olmayaraq bütün planet sakinlərinin ədalətli şərtlər
altında yaşamasının,
iqlim dəyişikliyinin
təsir və nəticələrinin aradan
qaldırılması üçün
az inkişaf etmiş ölkələrə
yardım əli uzadılmasının tərəfdarıyıq.
İstər COP29-dan əvvəl,
istərsə də konfrans dövründə qarayaxma kampaniyaları aparılsa da, əleyhimizə fikirlər
səsləndirilsə də,
biz onları ən yüksək səviyyədə təşkilatçılıq
və uğurlu ev sahibliyi ilə
susdurduq. İki həftə ərzində
doğma Bakımız
dünyanın ümid
mərkəzinə çevrildi,
bəşəriyyəti narahat
edən problemlərə
küləklər şəhərində
həll yolları axtarıldı. Hamılıqla
səfərbər olaraq
daha bir çətin və məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə
gəldiyimiz üçün
çox qürurluyam".
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva COP29 çərçivəsində ən möhtəşəm
hadisənin Türk Dövlətləri Təşkilatı
(TDT) ölkələri arasında
sənədlərin imzalanması
olduğunu deyib:
"Düşünürəm ki, COP29 çərçivəsində
TDT ölkələrinin imzaladığı
sənədlər gələcəkdə
real nəticələrə
gətirib çıxaracaq.
Hətta Azərbaycan və Türkiyənin ekosistemlə bağlı apardığı işlər
gələcəkdə digər
dövlətlər tərəfindən
də öyrənilə
bilər. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri
Təşkilatının İqlimə
Dayanıqlı Ağıllı
Kəndlər üzrə
Nazirlər Sessiyasında
İqlimə Davamlı
Kəndlər Forumu yaradıldı. Bu, olduqca önəmli hadisədir. Biz işğaldan azad olunan Zəngilanda, Ağalı kəndində
"Ağıllı kənd"
layihəsini reallaşdırmışıq.
Bu, dünya iqlim təşkilatlarının
həsəd aparacağı
bir layihədir.
Fəxrlə deyə
bilərik ki, TDT-yə daxil olan
ölkələrin QHT-ləri
COP29 çərçivəsində həyata keçirilən
proseslərdə fəal
iştirak etdilər. Ətraf mühitin qorunması istiqamətində
qanunverici çərçivənin
yaradılması vacib
idi. Bu forumun
yaradılması bir daha təsdiq edir ki, qlobal
iqlim çağırışlarının
həllində hər
bir kəsin iştirakı lazımdır.
Azərbaycanın COP29-a uğurla
ev sahibliyi etməsi Türk dünyası üçün
də önəmli idi".
İngiltərənin Lester Universitetinin
professoru Con Seymur
Heslop-Harrison bildirib:
"Bu, mənim iştirak etdiyim ilk COP-dur. Etiraf etməliyəm ki, COP29 mənim
gözlədiyimdən də
əhatəli oldu. Biomüxtəlifliyə malik sahələrin
qorunması yolu ilə kənd təsərrüfatını daha
da genişləndirmək üçün
gözəl imkanlar
var. COP29 kənd təsərrüfatı
genetikasını, bu sahə üzrə ali təhsil verən universitetlərin rolunu, biomüxtəlifliyin
qorunub saxlanılması
üsullarını müzakirə
etmək, gələcək
nəslə iqlim dəyişikliyi və onun təsirlərini azaltmaq yollarını aşılamaq üçün
real fürsət yaratdı".
Ajans.az xəbər portalının
baş redaktoru Tural Müseyibov bütün sahələrdə
zəngin təcrübəyə
malik olan Azərbaycanın
COP29-a ev sahibliyi etməsinin ölkəmizin
nüfuzunun, qüdrətinin
göstəricisi olduğunu
diqqətə çatdırıb
"Şübhəsiz ki, bu məsələdə Prezident
İlham Əliyevin rolu
danılmazdır. Ölkə
başçısının dəvəti ilə Azərbaycana gələn prezidentlər, vitse-prezidentlər,
Baş nazirlərin iştirakı ilə keçirilən liderlərin
sammitində çıxışlar
zamanı səslənən
fikirlər Azərbaycana
olan diqqət və dəyərin bariz nümunəsidir. Həmçinin ölkəmizin
beynəlxalq aləmdə
söz sahibinin olmasının göstəricisi
kimi qiymətləndirilə
bilər. Çox nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi
həm də bizim üçün böyük məsuliyyət
yaradır. Xarici qonaqların fikirləri də onu göstərir
ki, bu gün Azərbaycan istənilən
mötəbər tədbiri
yüksək səviyyədə
təşkil etməyə
qadir olan dövlətdir. Buna görə
də prosesdə iştirak edən bütün yerli qurumlara, vətəndaşlara
təşəkkür düşür.
Tədbirin təhlükəsizliyinin
yüksək səviyyədə
təşkili Azərbaycanla
bağlı olan düşüncələrdə daha fərqli yanaşmanı ortaya qoyacaq".
Bu dəfə yaşıl dünya naminə həmrəy olduq...
"Yaşıl dünya naminə həmrəylik ili"ndə COP29-un keçirilməsinin
ilin ekoloji yükünü və ətraf mühitə qarşı məsuliyyətli
davranışın önəmini
daha da qabartdığını
deyən Bakı şəhəri 295 nömrəli
tam orta məktəbin
direktoru, sabiq deputat Dilarə Cəbrayılova fikirlərinə
belə davam edib:
"Biz ölkəmiz,
dünyamız üçün
növbəti həlledici
bir dönəmi geridə qoyduq. Həm öyrəndik, həm də öyrətdik.
Direktoru olduğum
məktəbin şagirdləri
də COP29 çərçivəsində
Yaşıl Zonanı
ziyarət etdilər. Ətraf mühitə dost münasibəti uşaqlara elə kiçik yaşlardan aşılamaq lazımdır.
Biz yaşıl dünyamız naminə uşaqlarımızı yaşıl
düşüncə ilə
böyütməliyik. COP29 bir daha onu
göstərdi ki, məktəblərdə və
təhsil ocaqlarında
yaşıl təhsil
və ətraf mühit dəyişiklikləri
ilə bağlı bir sıra maarifləndirici
tədbirlərin və
layihələrin keçirilməsi
məqsədəuyğundur. Yaşıl təhsillə
bağlı görüləcək
çox iş var. Düşünürəm
ki, gələcəkdə
bəhrə görmək
üçün fidanları
indidən düzgün
yetişdirməliyik".
Burundidən gələn
iştirakçı Sedrik
Hakizimana COP29-un müsbət
nəticə verəcəyini
və bir çox ölkələrin
probleminə həqiqətən
də kömək edəcəyini düşündüyünü
deyib. O, iqlim dəyişikliyindən əziyyət
çəkən ölkənin
nümayəndəsi kimi
müzakirələrdə iştirak
etməyin onun üçün çox vacib olduğunu bildirib. Paytaxtımızı
çox bəyəndiyini
dilə gətirən
qonaq insanların çox mehriban və səmimi olduğunu da qeyd etməyi unutmayıb.
Birinci Qarabağ
müharibəsi şəhidi
Şaban Cəfərovun
qızı, "NR" İnklüziv
Mərkəzin təsisçisi
və direktoru Nərmin Şabanqızı
ərazi bütövlüyümüzü
bərpa etdikdən sonra belə vacib tədbirə ev sahibliyi etməyimizi
ölkəmizi istəməyən
qüvvələr üzərində
növbəti qələbəmiz
adlandırıb.
O, həmçinin deyib:
"COP29 məkanında məhdudiyyətli
vətəndaşların tədbirdə
aktiv iştirakı üçün hər bir detal diqqətdə
saxlanılmış, inklüzivlik
təmin olunmuşdu. İnklüzivlik və müyəssərliyin təşkilində
müxtəlif dərəcədə
əlilliyi olan şəxslərin iştirakı
isə xüsusilə
təqdirəlayiqdir. Bununla
da ölkəmiz inklüziv, bütöv, hər bir fərdi
ilə rəngarəng
cəmiyyət qurmaq məramını bir daha göstərmiş oldu. "Yaşıl dünya naminə həmrəylik ili"ndə
həmrəyliyimizin növbəti
uğuruna görə
hər birimizi təbrik edirəm".
COP29-un azyaşlı ziyarətçiləri arasında olan Tanzaniyadan gələn Corcina Benedikt Maqesa uşaqların ətraf mühit məsələlərinin həllinə töhfə verə biləcəyini deyib. Onun sözlərinə görə, vacib qərarların qəbulunda planetin 18 yaşadək sakinlərinin iti ağıllarının məhsullarından, düşüncələrindən yararlanmaq hər kəs üçün faydalı ola bilər.
"Uşaqlar COP29 tədbirinin
nəticələri barədə
məlumatlı olmalı,
Braziliyada keçiriləcək
COP30-u qaçırmamalıdırlar. Çünki növbəti
COP tədbirinin mövzusu
uşaqlar üçün
olacaq".
"Xəzər dənizinin
sahilində yerləşən
Azərbaycan çox gözəl, səmimi və mehriban əhalisi olan ölkədir. İndiyə
kimi üç kitabım çapdan çıxıb. Tanzaniyaya
qayıdan kimi Azərbaycan haqqında kitab yazmağı düşünürəm", - deyə C.B.Maqesa fikirlərinə yekun vurub.
Biz bu il "Yaşıl dünya naminə həmrəylik ili" çağırışı ilə yola çıxdıq.
Bəli, adından göründüyü kimi
yaşıl ölkə
deyil, yaşıl dünya naminə... Məhz COP29-da da əsas hədəfimiz iqlim dəyişmələri
və onun təsirlərinə qarşı
həmrəy olmaq idi. Ekoloji problemlərin
sərhəd tanımadığı,
bəzən bizim üçün lokal görünən, əslində
isə ölkələr
gəzərək qlobal
miqyasa çata biləcək məsələlərin
həllinə yalnız
birlik olaraq nail ola bilərik.
İlboyu dünya pəncərəsini açaraq
hər kəsə yaşıl niyyətlə
səsləndik. Səsimizə
okeanın ta o biri tayından da səs verən
oldu...
Bakı öz missiyasını uğurla tamamladı...
Azərbaycan.-2024.- 24 noyabr (¹ 259).- S.12.