İgidliyi
ilə seçilən
Vətən oğlu
44 gün davam edən və Zəfərlə başa çatan Vətən müharibəsində igidliyi
və cəsarəti ilə seçilən qəhrəmanlarımızdan biri
də şəhid Ülfət Babazadədir.
Ülfət Qabil
oğlu Babazadə
2000-ci il fevralın
8-də Lənkəranın Daştatük kəndində
anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında
müddətli həqiqi
hərbi xidmətə
başlayıb. Sonra Cəlilabaddakı hərbi
hissədə Xüsusi
Təyinatlı Qüvvələrin
sırasında xidmət
edib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızı
azad etmək uğrunda Vətən müharibəsi başlayanda
cəbhəyə yollanıb,
Kəlbəcər, Cəbrayıl,
Füzuli və Şuşanın işğaldan
azad olunmasında fəal iştirak edib. Müharibədə odun-alovun içindən zəfərlə çıxan
Ülfət Vətən
müharibəsinin başa
çatmasına cəmi
6 saat qalmış Şuşa şəhərinin
yaxınlığında qəhrəmancasına
şəhidlik zirvəsinə
yüksəlib.
Ülfət Babazadə
ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni, "Vətən
uğrunda", "Cəsur
döyüşçü", "Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad
olunmasına görə",
"Zəngilanın azad
olunmasına görə",
"Qubadlının azad
olunmasına görə"
və "Şuşanın
azad olunmasına görə" medalları
ilə təltif olunub.
Şəhidin xatirəsi
Lənkəran rayonunda,
doğulub boya-başa
çatdığı Daştatük
kəndində əziz
tutulur. Onun adının əbədiləşdirilməsi
üçün kəndin
mərkəzində xatirə
parkı, abidə kompleksi və bulaq inşa edilib.
Ağaddin BABAYEV,
Lənkəran rayonu
Azərbaycan.-2024.-
24 noyabr (№ 259).- S.15.