"Şəhid
övladımın xatirəsi
həmişə əziz
tutulur"
2020-ci ilin 27 sentyabr
tarixi Azərbaycan xalqının yaddaşına
bizi böyük Qələbəyə, şanlı
Zəfərə aparan
yolun başlanğıc
tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz
o gün başladıq.
44 gün davam edən savaşda Azərbaycan Ordusu Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında
Qələbə qazandı.
30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun,
əsgər və zabitlərimizin şücaəti,
qəhrəmanlığı sayəsində azad edildi. 8 Noyabr yaddaşlara Zəfər Günü kimi yazıldı.
Bu müqəddəs
yolda zabit və əsgərlərimizin
bir qismi şəhid, bir qismi qazi oldu.
Vətən müharibəsində
qanı ilə tarix yazaraq 25 yaşında şəhidlik
zirvəsinə ucalan oğullardan biri də mənim övladım, tibb xidməti leytenantı Adil Əfəndiyev oldu. Oğlum döyüş meydanında
göstərdiyi igidliyə
görə Ali Baş Komandanın sərəncamları ilə
3-cü dərəcəli "Vətənə xidmətə
görə" ordeni,
"Vətən uğrunda",
"Şuşanın azad
olunmasına görə",
"Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə",
"Hərbi xidmətlərə
görə" medalları
ilə təltif edildi.
Övladımın şəhidliyindən
4 il keçsə də, onun xatirəsi
daim əziz tutulur. Keçirilən bütün tədbirlərdə
oğlumun da adı böyük hörmətlə çəkilir,
onun göstərdiyi qəhrəmanlıqlar təkrar-təkrar
yad edilir. Bu dəfə də Zəfər Günü münasibətilə
keçirilən tədbirlərdə
oğlumun haqqında yüksək fikirlər səsləndirildi.
Adil Əfəndiyev
2012-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-liseyi
bitirmiş, elə həmin il Azərbaycan
Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə universitetin Hərbi tibb fakültəsinin "Hərbi
həkim işi" ixtisasını bitirən
A.Əfəndiyev təyinatla
Naxçıvan Muxtar
Respublikasının Culfa
rayonunda həkim kimi hərbi xidmətə başlamışdır.
"N" saylı hərbi
hissənin qərargah
və təchizat bölüyünün tibb
məntəqəsinin rəisi
olmuşdur. Vətən
müharibəsinin ilk
günlərindən cəbhəyə
yollanan tibb xidməti leytenantı Adil Əfəndiyev oktyabrın 10-da Füzuli-Cəbrayıl-Xocavənd
rayonları istiqamətində
gedən döyüşlərdə
şəhidliyə qovuşmuşdur.
Qəhrəman şəhidin
adını əbədiləşdirmək
üçün Qazax
Rayon Mərkəzi Xəstəxanasının qarşısında
bulaq-abidə kompleksi inşa olunmuş, yaşadığı evin
önündə barelyefi
vurulmuşdur.
Qədir
ƏFƏNDİYEV,
şəhid atası
Azərbaycan.-2024.-
24 noyabr (№ 259).- S.15.