İlham
Əliyev Donald Trampı
təbrik etdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 25-də
Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Donald Trampa zəng edib.
Telefon danışığı
əsnasında dövlətimizin
başçısı Donald
Trampı Amerika Birləşmiş Ştatlarının
Prezidenti vəzifəsinə
yenidən seçilməsi
münasibətilə təbrik
edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə
inamlı qələbə
Amerika xalqının onun yürütdüyü
siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlətimizin başçısı
vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti
dünyada təhlükəsizliyin
təmin olunmasında
daha da önəmli
rol oynayacaqdır.
Birinci prezidentlik
dövründə Azərbaycan
ilə Birləşmiş
Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən
dövlətimizin başçısı
ikitərəfli əlaqələrimizin
irəli aparılması
üçün birgə
səylər göstəriləcəyinə
ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.
Azərbaycan.-2024.- 26 noyabr (№ 260).- S.1.