İlham Əliyevin COP modeli

 

 

29-cu konfrans Azərbaycanın növbəti zəfəri oldu antiazərbaycançı şəbəkəni iflasa uğratdı

 

 

 

Bakıda noyabrın 11-də öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı. Bu mötəbər tədbir dünya ictimaiyyətinin nəzərini iqlim dəyişikliklərinin yaratdığı fəsad problemlərə yönəltməklə yanaşı, Azərbaycanın beynəlxalq uğuru kimi tarixə düşdü. Eyni zamanda bu tədbir respublikamızın antiazərbaycançı dairələr üzərində növbəti qələbəsi oldu.

 

 

Bütün riyakar planlar güclü Azərbaycan dövlətinin qarşısında iflasa uğrayıb

 

 

Vətən müharibəsindəki Zəfərdən Qarabağda erməni separatizminə son qoyulmasından sonra Qərbdə mənzillənmiş erməni təəssübkeşlərinin Azərbaycana qarşı məkrli davranışları daha da artıb. Çünki Azərbaycan dövləti 44 günlük savaşda antiterror tədbirlərində təkcə Ermənistanı erməni separatçılarını məğlubiyyətə uğratmayıb, həm Ermənistanın işğal siyasətinin arxasında dayanan, ötən ilə qədər ərazilərimizdə mövcud olmuş erməni separatizminə dəstək verən Fransanı, Niderlandı onlar kimi digər Qərb siyasi dairələrini, dünya erməniliyini məğlubiyyətə düçar etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyətli siyasəti ilə Qərbin Azərbaycanla bağlı məkrli planlarını darmadağın edib.

Ona görə həmin siyasi dairələr Azərbaycanın yaratdığı reallıqlarla barışa bilmirlər. Mütəmadi olaraq respublikamızla bağlı əsassız həqiqətdən uzaq fikirlər səsləndirir, qərəzli sənədlər qəbul edirlər. Qərbin erməni təəssübünü çəkən dairələri xüsusən Azərbaycanın beynəlxalq uğurları ərəfəsində "fəallaşır", ölkəmizə qarşı riyakar kampaniyalara başlayırlar. Lakin ötən illərin reallıqları göstərir ki, onların bütün mənfur planları güclü Azərbaycan dövlətinin qarşısında daim iflasa uğrayıb.

 

Miskin, mənəviyyatsız iyrənc xislətin göstəricisi

 

Azərbaycanın COP29-a evsahibliyi ilə bağlı qərarın verilməsindən sonra Qərbin antiazərbaycançı dairələrinin respublikamızla bağlı yeni qarayaxma kampaniyası təşkil edəcəyi, habelə ölkəmizə qarşı hibrid müharibəyə başlayacağı gözlənilən idi. Çünki bundan əvvəl "Avroviziya" Musiqi Yarışması, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları digər mötəbər tədbirlər ölkəmizdə keçirilən vaxtlarda bir mərkəzdən təlimatlandırılan antiazərbaycançı şəbəkə total şəkildə respubikamızın uğurlarına kölgə salmağa ya sözügedən tədbirlərin ayrı-ayrı dövlətlər tərəfindən boykot edilməsinə cəhd göstərmiş, lakin niyyətinə çata bilməmişdi.

COP29 ərəfəsi eləcə tədbir günlərində antiazərbaycançı şəbəkə bütün imkanlarını səfərbər edib Azərbaycana qarşı kütləvi qarayaxma kampaniyasına start verdi. Təkcə oktyabr ayında ölkəmizlə bağlı Qərb siyasi dairələrinin nümayiş etdirdiyi riyakarlıqların miqyasına nəzər yetirəndə belə qənaətə gəlmək olar ki, sanki onların Azərbaycanı hədəfə almaqdan başqa işləri-gücləri yox imiş. Həmin dövrdə ABŞ- 60-a yaxın senator konqresmenin Dövlət katibi Entoni Blinkenə müraciət edərək, onu Azərbaycana qarşı sanksiyalara çağırmaları, Avropa Parlamentində Azərbaycanı hədəf alan, ölkəmizə qarşı böhtanlar, yalan saxta məlumatlar üzərində qurulan qətnamənin  qəbulu, Avropa Parlamentində müzakirələr zamanı yerləri sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycan əleyhinə qəbuledilməz tamamilə qərəzli bəyanat səsləndirməsi, Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının iclasında Azərbaycana qarşı əsassız fikirlər söyləməsi, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycan əleyhinə iki qətnamə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldkampın çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə etməsi,  Fransanın Avropa xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi erməni təəssübünü çəkən Qərb dairələrinin aldıqları təlimatlar əsasında "fəallaşdıqlarını" ölkəmizə qarşı total şəkildə hibrid müharibəyə başladıqlarını göstərdi. Amma, əslində, bu, Qərbin hibrid müharibə aparmaqdan daha çox malik olduğu miskin, mənəviyyatsız iyrənc xislətinin göstəricisi idi.

 

 

 

Qərbin qərəzli niyyətləri baş tutmadı

 

 

 

Görünən odur ki, COP29-dan əvvəl antiazərbaycançı şəbəkənin qarşısına bu mötəbər tədbir dövründə bütün vasitələrdən istifadə etməklə, hətta ən alçaq təhqiramiz metodlara əl atmaqla Azərbaycanı nüfuzdan salmaq, COP29-un dövlətlər tərəfindən boykot edilməsi vəzifəsi qoyulmuşdu. Bunun səbəblərindən biri onların COP29-un Azərbaycanda keçirilməsini qəbul edə bilməmələri idi. Çünki anlayırdılar ki, COP29 Azərbaycanın qlobal nüfuzunu dostlarının sayını artıracaq, beynəlxalq mövqelərini daha da möhkəmləndirəcəkdir.

İkincisi, Azərbaycanı hədəfə alan Qərb dairələri düşünürdülər ki, bununla ölkəmizə təsir edərək Ermənistanla tələm-tələsik yarımçıq sülh müqaviləsinin bağlanmasına nail ola bilərlər.

Qərbin məkri ölkəmizə təzyiq etməklə həm Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş canilərin həbsdən azad edilməsinə nail olmaq, Qarabağda yenidən erməni separatizmini alovlandırmaq, Cənubi Qafqazda gərginlik yaratmaq idi. Lakin onların bu niyyətlərinin heç biri həyata keçmədi keçə bilməzdi.  Özləri bir daha əmin oldular ki, Azərbaycana təsir etmək, onu öz yolundan döndərmək mümkün deyil.

Azərbaycan COP29-a ən yüksək nümunəvi şəkildə evsahibliyi etdi. Tədbir günlərində hər hansı xoşagəlməz hadisə baş vermədi. Ümumilikdə isə COP29-un ən yüksək səviyyədə keçirilməsi, bu tədbirdə iştirak etmək üçün 200-ə yaxın ölkənin nümayəndələrinin, 80-dən çox prezident, vitse-prezident baş nazirin Azərbaycana gəlməsi antiazərbaycançı qüvvələrin növbəti məğlubiyyəti oldu.

Onu da qeyd edək ki, Qərb Azərbaycana təzyiq göstərməklə həm iqlim maliyyələşməsi üzrə öhdəliklərindən qaçmağa çalışırdı. Bakıda aparılan müzakirələr bunu bir daha təsdiq etdi. Belə ki, beynəlxalq ictimaiyyət dünyanı karbon qazı ilə zəhərləyən Qərbdən 1 trilyon ABŞ dolları gözlədiyi halda Qərb bir neçə dəfə az vəsaitlə ortaya çıxdı. Bunu isə məqsədyönlü şəkildə tədbirin ən son günü açıqladı ki, əlavə müzakirələr üçün vaxt qalmasın. Beləliklə, dünyanı karbon qazı ilə zəhərləyən Qərb bu problemlə mübarizədə riyakarlıq nümayiş etdirdi.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2024.- 26 noyabr (№ 260).- S.8.