Surinam Respublikasının Prezidenti Zati-aliləri cənab Çandrikapersad Santoxiyə
Hörmətli cənab
Prezident,
Surinam Respublikasının milli bayramı
münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak
etmək üçün
Bakıya səfəriniz
Azərbaycan ilə
Surinam arasında əlaqələrin
tarixində xüsusi yer tutur. Mən
Sizinlə səmimiyyət
və qarşılıqlı
etimad şəraitində
keçən görüşümüzü
ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası
münasibətlərimizə və əməkdaşlığımıza
böyük əhəmiyyət
veririk. İqtisadi-ticari
əlaqələrimizi inkişaf
etdirmək üçün
Azərbaycan ekspertlərindən
ibarət nümayəndə
heyəti ölkənizə
səfər etməyə
hazırdır.
İnanıram ki, xalqlarımızın
mənafelərinə uyğun
olaraq ölkələrimiz
arasında dostluq əlaqələrin möhkəmləndirilməsi,
ikitərəfli qaydada
və çoxtərəfli
müstəvilərdə əməkdaşlığımızın
genişləndirilməsi istiqamətində
birgə səylərimizi
bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza
daim firavanlıq və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 noyabr 2024-cü il
Azərbaycan.-2024.- 26 noyabr
(№ 260).- S.1.