G.B.Baxşəliyevanın
"Şöhrət" ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında
səmərəli fəaliyyətinə
və elmin inkişafında xidmətlərinə
görə Gövhər
Baxşəli qızı
Baxşəliyeva "Şöhrət"
ordeni ilə təltif edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 noyabr 2024-cü il
Azərbaycan.-2024.- 26 noyabr
(№ 260).- S.5.