Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmişMeşə təsərrüfatına dəyən zərərin itkilərin ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

¹ 495

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli 161 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 595 (Cild I) ilə təsdiq edilmişMeşə təsərrüfatına dəyən zərərin itkilərin ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi ya meşə fondundan istifadə nəticəsində bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər itkilər tam şəkildə ödənilməlidir.”.

2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

“4. Meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər itkilər Azərbaycan Respublikası Nazirlər KabinetininMeşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmişMeşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.”.

3. 5-ci hissə aşağıdakı məzmunda verilsin:

“5. Bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki hüquqi şəxslərə şəxsən təqdim olunur ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada məhkəmə qaydasında həll edilir.”.

4. 6-cı hissədə Azərbaycan Respublikası Meşə Məcəlləsinin pozulması ilə əlaqədarsözləri “, ya meşə fondundan istifadə nəticəsindəsözləri ilə əvəz edilsin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 noyabr 2024-cü il

Azərbaycan.-2024.- 26 noyabr (¹ 260).- S.5.