Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nda
dəyişiklik edilməsi
haqqında
¹ 496
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması
və fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 16 iyul tarixli 151 nömrəli Fərmanının 4-cü hissəsinin
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 11, maddə
1064 (Cild I); 2024, ¹ 9, maddə
1051) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1. I bölmənin 1-1.2-1-1.9-cu bəndləri
ləğv edilsin.
2. III bölməyə aşağıdakı
məzmunda 6-cı hissə
əlavə edilsin:
“6. Respublika Qan Bankı
6.1. Respublika Qan Bankının Gəncə bölməsi
6.2. Respublika Qan Bankının Şəki bölməsi
6.3. Respublika Qan Bankının Quba bölməsi
6.4. Respublika Qan Bankının Sumqayıt bölməsi
6.5. Respublika Qan Bankının Lənkəran bölməsi
6.6. Respublika Qan Bankının Bərdə bölməsi
6.7. Respublika Qan Bankının Şirvan bölməsi
6.8. Respublika Qan Bankının Mingəçevir bölməsi”.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri,
“ 23 ” “ noyabr ”
2024-cü il
Azərbaycan.-2024.-
26 noyabr (¹ 260).- S.5.