COP29-a layiqli evsahibliyi absurd ittihamlara ən tutarlı cavab oldu
"Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərdən
olan iqlim dəyişikliyinin nəticələri
ilə mübarizəyə
dair aktual məsələlərin müzakirə
edildiyi bir vaxtda Lüksemburq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı
əsassız ittihamlarla
hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini itirməsidir. Aktual dünya siyasətinin reallığından
uzaq düşmüş
Lüksemburq parlamentariləri
məhz bu qlobal tədbirə evsahibliyi edən ölkəni yenidən şantaj etməklə məşğuldur".
Bu sözləri "Azərbaycan"
qəzetinə Milli Məclisin
deputatı Rizvan Nəbiyev deyib. Siyasətçi bildirib
ki, Prezident İlham Əliyev
çıxışında Liderlər Sammitinin açılış mərasimində
və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində
çıxışlarında səsləndirdiyi haqlı
və cəsarətli
fikirlərindən sonra
qətnamədə dövlət
başçısının hədəfə alınması
gözlənilən idi.
Əksinə, bu, faktlar qarşısında
aciz qalanların cılızlığının nümayişidir. Müstəmləkəçilikdən
əziyyət çəkən
xalqların haqq səsinin Prezident İlham
Əliyev tərəfindən
belə mötəbər
kürsüdən təkzibolunmaz
faktlar əsasında səsləndirilməsi, təbii
ki, bu işə məsuliyyət daşıyanları
çox ciddi narahat edir. "Neomüstəmləkəçi qüvvələrin əlində
alətə çevrilərək
Azərbaycana qarşı
aparılan qarayaxma kampaniyasının tərkibinə
çevrilmək əvəzinə
bu xalqların yanında olmaq Lüksemburq parlamentinə
daha çox hörmət gətirərdi.
Bu, təkcə ədalətin
dəstəklənməsi deyil,
həm də beynəlxalq hüquqa hörmətin nümayişi
olardı. Ölkəmizə
qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif dairələrin
istifadə etdiyi ayrı-ayrı mövzuların
yenidən ittihamlar və tələblər formasında Lüksemburq parlamentinin qətnaməsində
yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir",
- deyə deputat əlavə edib.
R.Nəbiyev qeyd edib ki, Azərbaycanda hüquqi dövlətçiliyin
inkişafına qarşı
yönələn absurd ittihamlara
ən tutarlı cavab COP29 nümunəsindən
götürülə bilər.
Azərbaycanın "COP atəşkəsi"
təşəbbüsünə 1200-dən
çox təsisatın,
qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin, nüfuzlu şəxsiyyətlərin
qoşulması həm
də ölkəmizdə
vətəndaş cəmiyyətinin
uğurlu inkişafının
təqdir edilməsidir.
Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlə təsisatı
təmsil edən on minlərlə insanın ölkəmizdə fəaliyyəti
bu absurd ittihamlara ən tutarlı cavabdır.
Deputat vurğulayıb
ki, Lüksemburq parlamentinin
qətnaməsi eyni zamanda Azərbaycanın suverenliyinə hörmətsizliyin
nümayişidir: "Azərbaycanın
Ermənistanın 30 illik işğalına son
qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Lüksemburq
parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Otuz il müddətində Ermənistan
tərəfindən pozulan
və Lüksemburq tərəfindən heç
vaxt gündəmə
gətirilməyən beynəlxalq
hüququn prinsipləri
məhz Azərbaycan Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursu nəticəsində bərpa
edildi, regionda sabitlik, uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı".
Siyasətçi qeyd edib ki, barbar erməni işğalının
nəticələrindən biri də Azərbaycanın
ərazisinin 12 faizinin
1,5 milyon mina və digər partlamamış hərbi sursatla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının
1993-cü il tarixli qətnamələrində
də yer almış, işğal edilmiş ərazilərdən
güc tətbiq edilərək qovulan və iztirablar yaşamış yüz minlərlə azərbaycanlı
həm də bu səbəbdən həmin torpaqlara bu gün geri
qayıda bilmir. Bu insanların haqları isə lüksemburqlu parlamentariləri heç vaxt düşündürməyib.
R.Nəbiyev Lüksemburq
parlamentinin reallıqların
təhrif olunduğu birtərəfli qətnaməsini
qəti şəkildə
rədd edərək,
onları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2024.- 26 noyabr (№ 260).- S.8.