İqlim
maliyyəsi hədəfi
üç dəfə
artırıldı
Məlum olduğu
kimi, Azərbaycanın
COP29 sədrliyi inkişaf
etməkdə olan ölkələrə hər
il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik - Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan
edib. BMT-nin iqlim sammiti üçün
COP29 sədrliyinin əsas
prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən
əhəmiyyətli dərəcədə
artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcək.
Belə ki, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün
2035-ci ilə qədər
hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər
olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas
hədəfini özündə
ehtiva edir. Bu, COP29 sədrliyi tərəfindən 48 saatlıq
intensiv diplomatik fəaliyyətin nəticəsidir.
Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi
diqqət yetirilir. Sənəddə eləcə
də əlçatanlıq
və şəffaflıq
haqqında müddəalar
öz əksini tapıb.
Təsadüfi deyil
ki, Prezident İlham Əliyevin sosial şəbəkədəki
rəsmi hesablarında
COP29-la bağlı paylaşımında
bununla bağlı deyilir: "Ən əsası Bakı COP
2035-ci ilə qədər
inkişaf etməkdə
olan ölkələrə
300 milyard ABŞ dolları
təmin etmək üçün qarşıya
yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin
(NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə
iqlim dəyişmələrinin
fəsadları ilə
mübarizədə kömək
edəcək".
COP29 həmçinin BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması
üçün 10 il
davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları
2050-ci ilə qədər
ildə 1 trilyon
ABŞ dollarına çata
bilər. Onlar həmçinin milli iqlim planlarının həyata keçirilməsi
xərclərini ildə
250 milyard ABŞ dolları
həcmində azaltmaq
potensialına malikdirlər.
Bakı Maliyyə Məqsədi və
6-cı maddə ilə
birlikdə investisiyaları
inkişaf etməkdə
olan dünyaya yönləndirməklə qlobal
iqlim maliyyəsi arxitekturasını həmişəlik
dəyişəcək.
Qeyd edək ki, Bakı Maliyyə
Məqsədi bütün
iqlim pillələri üzrə tərəqqi təmin edən sazişlər paketinin mərkəzi hissəsidir.
COP29 ilk qlobal baxışın nəticələrində
heç bir geriləmə olmamasını
təmin etməklə
yanaşı, həm də İtki və Zərər Fondunu işə salmağa və bu fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa
hazır olmasına nail olub. Bu nailiyyətlər təbii
ki, çoxtərəfli
iqlim fəaliyyətində
ən mürəkkəb
və mübahisəli
vəzifələri yerinə
yetirmək üçün
Azərbaycan sədrliyinin
aylarla davam edən intensiv diplomatiyasının daha bir irəliləyişidir.
Bu qərarlar 1,50C məqsədinə çatmaq
üçün vasitələrin
təmin edilməsində
xüsusi əhəmiyyətə
malik addımlardır.
COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayevin vurğuladığı
kimi: "Bütün
dünya Bakıya gələndə bir çox insan Azərbaycanın buna nail ola biləcəyinə
şübhə edirdi.
Onlar şübhə edirdilər ki, tərəflər razılaşa
bilər. Hər iki məsələdə yanıldılar. Bu nailiyyətlə Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi
hədəfinin üç
dəfə artırılmasını
təmin etdik. Bakı Maliyyə Məqsədi bizim əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır
və biz bunun üçün donor ölkələri maksimum dərəcədə
təşviq etmişik.
Biz qlobal maliyyə strukturunu həmişəlik dəyişmişik
və 1,50C-yə çatmaq
yolunda bütün vasitələri çatdırmaq
üçün əhəmiyyətli
bir addım atmışıq".
M.Babayev həmçinin
bildirib ki, qarşıdakı illər
asan olmayacaq. Elm çətinliklərin
daha da artacağını göstərir.
Odur ki, birgə işləmək
lazım gələcək
və "Bakı irəliləyişi" yaranan
çətinliklərin qarşısını
almağa kömək
edəcək.
COP29 sədrliyi iddialı
iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş
əldə edib ki,
bu da onun
öz fəaliyyət
gündəliyi təşəbbüslərinə
əlavə
olaraq həyata keçirilib. Bununla şəffaflığın
inkişaf etdirilməsi
və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox
sahəni əhatə
edib. Sədrlik tərəfindən həyata
keçirilən təşəbbüslərə
əlavə olaraq, tərəflər və digər maraqlı tərəflər öz öhdəlikləri ilə
liderlik göstəriblər.
Çoxtərəfli inkişaf bankları 2030-cu ilə qədər iqlim tədbirlərinə
illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının
aşağı və
ortagəlirli ölkələrə
yönəldiləcəyini açıqlayıblar. İtki
və Zərər Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə
verən tərəflərin
razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə
ev sahibi ölkə müqaviləsinin
imzalanması və Dünya Bankı ilə ev sahibi
və qəyyumluq müqavilələri imzalanması
təmin edilib. COP29 zamanı ən böyük töhfə Avstraliya və İsveçdən gəlib. Fonda ümumi töhfə 730 milyon ABŞ dollarını
ötüb. ABŞ, Çin,
Aİ, BƏƏ, Böyük Britaniya, Braziliya, Kanada və Nigeriya daxil olmaqla ölkələr bir araya gələrək
və orqanik tullantılardan metanın azaldılmasına yönəlmiş
siyasət qəbul etdiklərini açıqladılar.
Biznes İnvestisiyaları
və Xeyriyyəçilik
İqlimi Platformasında
(BIPCP) 70-dən çox ölkədən
1000-dən çox özəl
və xeyriyyəçi
lider bir araya gəldi. 10 trilyon dollardan çox aktivi olan investor qrupları
iqlim bazarlarına özəl kapital yerləşdirmək üçün
birləşdi.
Maliyyə, İnvestisiya
və Ticarət Günündə iqlimin maliyyələşdirilməsi layihə
və təşəbbüslərinə
verilən vədlər
7,3 milyard ABŞ dolları
təşkil edib. Ən böyük dəstək Asiya İnkişaf Bankından
(3,5 milyard ABŞ dolları),
Azərbaycanın bank
sektorundan (1,2 milyard
ABŞ dolları), İsveç
(760 milyon ABŞ dolları)
və Kanada (Kanada hökumətindən
1,5 milyard ABŞ dolları
və xeyriyyəçilikdən
290 milyon ABŞ dolları)
olub. Bu vəsaitlər buzlaqların,
yaşıl taksonomiyaların
və iqlim fəaliyyətinin təsirlərinə
qarşı mübarizəyə
investisiyalardır. İnkişaf
maliyyə institutları
inkişaf etməkdə
olan bazarlarda və inkişaf etməkdə olan ölkələrdə bərpaolunan
hidrogen layihələri
üçün 10 qiqavat
"Lighthouse" təşəbbüsünü
dəstəkləməyə söz veriblər. 50-dən
çox gəmiçilik
sənayesi aktoru
2030-cu ilə qədər
sıfır və sıfra yaxın emissiyalı yanacaqları sürətləndirmək barədə
razılığa gəliblər.
Bu da ən
azı 5 milyon ton "yaşıl hidrogen" deməkdir.
Müxtəlif növ
təmiz enerji təşəbbüsləri üçün
193 milyon dollarlıq paketin bir hissəsi
kimi Böyük Britaniya Saharaaltı Afrika ölkələri, Cənubi Asiya və Hind-Sakit Okean regionunda kömür və odundan istifadə etməklə yemək bişirməyi geridə qoymaq üçün 10 milyon insana təmiz
yemək hazırlamağı
dəstəkləyib.
Əməkdaşlıq və sülh də qlobal iqlim fəaliyyəti üçün böyük
əhəmiyyətə malikdir.
Odur ki, COP Atəşkəs Çağırışı
132 ölkə və
1200-dən çox təşkilatın
dəstəyini qazandı.
Habelə Bakı Sülh, Yardım və Bərpa Üçün İqlim Fəaliyyəti Çağırışı
qəbul edildi. Bu təşəbbüs Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini
yaradacaq.
Almaniyanın və
İrlandiyanın töhfələri
ilə Adaptasiya Fonduna edilən töhfələr 133 milyon
ABŞ dollarına çatıb.
İqlim İnvestisiya
Fondu daha da artırılıb,
ABŞ, Almaniya və
Böyük Britaniya tərəfindən əlavə
töhfələr toplanıb.
Bunlar Prezident İlham
Əliyevin iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırdığı
COP29-da əldə olunan
irəliləyişlərin, qazanılan nailiyyətlərin
yalnız bir qismidir.
Flora SADIQLI,
Azərbaycan.-2024.- 26 noyabr
(¹ 260).- S.10.