Kəlbəcər
yenidən qurulur, əvvəlki simasına qayıdır
Azadlığının
təntənə gününü
qeyd edən rayonda "yaşıl enerji" strategiyasına uyğun olaraq 5 kiçik su-elektrik stansiyası tikilir
"Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal
edilmişdi. Dağlıq
Qarabağ ərazisindən
kənarda yerləşən
Kəlbəcər rayonunun
Ermənistan silahlı
qüvvələri tərəfindən
işğal edilməsi
nəticəsində yerli
əhali min illər boyu yaşadığı ata-baba
torpağından didərgin
salınmışdı. Ermənistan
silahlı birləşmələrinin
Kəlbəcəri işğal
etməsindən sonra
BMT Təhlükəsizlik Şurası
822 saylı qətnamə
qəbul etmişdi. Beynəlxalq təşkilatın
qətnaməsində bütün
işğalçı qüvvələrin
Kəlbəcər və
Azərbaycanın digər
işğal olunan rayonlarından dərhal çıxarılması tələb
olunmuşdu. Lakin digər qətnamələr
kimi, bu sənəd də kağız üzərində
qalmışdı. BMT-nin
və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin
daha aktiv şəkildə məskunlaşdırılmasına
başlanılmışdır. Dünyanın yüzlərlə
ölkəsinin cəmləşdiyi
beynəlxalq təşkilatın
27 ildə sadəcə
kağız üzərində
qalan qətnaməsinin
tələblərini Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırmışdı".
Bu fikirləri Milli Məclisin
deputatı Kamran Bayramov bildirib.
Deputat qeyd edib ki, Vətən müharibəsində qazanılan
möhtəşəm Qələbə
nəticəsində tarixi
ədalət bərpa
edildi, ölkəmizin
ərazi bütövlüyü
təmin olundu. O
cümlədən Ermənistanın
məcbur qalaraq imzaladığı 10 noyabr
üçtərəfli Bəyanatına
əsasən, noyabrın
25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri
də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi
bir güllə belə atılmadan işğaldan
azad edildi. 2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə"
medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamları ilə
Kəlbəcər rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak
edərək şəxsi
igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 9455 hərbi
qulluqçusu "Kəlbəcərin
azad olunmasına görə" medalı ilə təltif edildi.
Prezident İlham
Əliyevin 31 iyul
2023-cü il tarixli sərəncamı ilə
Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis
edilmişdir. Sözügedən
sərəncama əsasən,
25 Noyabr Kəlbəcər
Şəhəri Günü
kimi müəyyən
olunub.
Deputat diqqətə
çatdırıb ki,
bu gün dünya Vətən müharibəsindən sonra
Qarabağda və Şərqi Zəngəzurda
aparılan genişmiqyaslı
quruculuq işlərinə
şahidlik edir. Dövlət işğaldan
azad olunmuş torpaqlarımızda həyatın
canlanmasına, keçmiş
məcburi köçkünlərin
tezliklə öz el-obalarına qayıtmasına
çalışır. Qısa
zaman içərisində
inanılmaz işlər
görülüb. Yollar,
elektrik və su xətləri çəkilir, hava limanları tikilir. Vətən müharibəsində
qazanılan möhtəşəm
Zəfərdən sonra
işğaldan azad edilmiş ərazilərdə
ermənilər tərəfindən
dağıdılan kəndlər,
şəhərlər, tarixi
mədəni-dini abidələr yenidən
qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.
Kəlbəcərdə həyata keçirilən
layihələr, görülən
işlər bir daha deməyə imkan verir ki,
işğaldan azad olunan ərazilərimiz müasir standartlara uyğun olaraq qurulur. Kəlbəcərdə
2026-cı ilədək 1-i şəhər,
1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış
məntəqəsinin bərpası
həyata keçiriləcək.
Bölgənin ölkənin
ümumi enerji sisteminə qoşulması,
dayanıqlı və
fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya
və yarımstansiyalar
işğaldan azad olunan ərazilərdə yerləşən hərbi
obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək. "Yaşıl
enerji" strategiyasına
uyğun olaraq, hazırda Kəlbəcər
rayonunun ərazisində
ümumi gücü
27 meqavat olan 5 kiçik su-elektrik stansiyası tikilir. Kiçik su-elektrik stansiyalarında ümumilikdə
9 hidroaqreqat fəaliyyət
göstərəcək. Kəlbəcərdə
yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza qənaət edilməsi deməkdir.
Prezident İlham
Əliyevin işğaldan
azad edilən ərazilərin "yaşıl
enerji" zonasına çevrilməsi istiqamətində
strategiyasına uyğun
olaraq, "Azərenerji"
ASC tərəfindən Kəlbəcərdə
yeni tikilən "Yuxarı Vəng" Su Elektrik-Stansiyası Vətən müharibəsində
Qələbəmizdən sonra
regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər
rayonunun elektrik enerjisi tələbatını
tam ödəyə bilər. Ümumi gücü 40 meqavat olan "Kəlbəcər"
SES silsiləsi azad edilən ərazilərdə
42 meqavatlıq "Zəngilan"
SES silsiləsindən sonra
tikilən ikinci böyük silsilədir.
K.Bayramov əlavə
edib ki, Kəlbəcərin ilk yaşayış məhəlləsi
3,26 hektar ərazidə
layihələndirilib. Yaşayış
məhəlləsinin konsepsiyası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan
baş plan layihəsi çərçivəsində
hazırlanıb. Məhəllədə
dördmərtəbəli 3 və ikimərtəbəli
10 yaşayış binasının
inşası nəzərdə
tutulur. Burada 112 mənzildə ümumilikdə
460 nəfərdən çox
sakin yaşayacaq. Məhəllədəki məktəbin
ətrafında salınacaq
yaşıllıq ərazi
ictimai məkan funksiyasını yerinə
yetirməklə əhalinin
asudə vaxtının
səmərəli keçirilməsinə
xidmət edəcəkdir.
Rayonun Zar kəndində ümumilikdə
855 ailənin məskunlaşması
planlaşdırılıb. Yaşayış məntəqəsinin
salınması üçün
20 illik perspektiv və həmin müddətdən sonrakı
inkişaf nəzərə
alınmaqla 243 hektardan
çox torpaq sahəsinin ayrılması
nəzərdə tutulub.
Birinci mərhələdə
kəndə 547 ailənin
köçürülməsi üçün birmərtəbəli
fərdi evlərin inşası planlaşdırılır.
Tikiləcək 547 evin
131-i ikiotaqlı, 289-u üçotaqlı,
92-si dördotaqlı, 35-i beşotaqlı
olacaq. Burada həmçinin 528 şagird
yerlik məktəb,
100 yerlik uşaq bağçası tikiləcəkdir.
Rayonun Yanşaq və Zallar kəndlərində yaşayış
məntəqələrinin salınması üçün
20 illik perspektiv və həmin müddətdən sonrakı
inkişaf nəzərə
alınmaqla müvafiq
olaraq 121 və 137 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə
tutulub. Kəndlərə
əhalinin köçürülməsi
üçün birmərtəbəli
fərdi evlərin inşası planlaşdırılır.
Göründüyü kimi, cəmi 4 il ərzində görülən bütün
bu möcüzəvi işlər bir daha dövlətin
gücünü, Prezidentin
qətiyyətini, xalqımızın
böyüklüyünü və Azərbaycan Ordusunun rəşadətini göstərir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 noyabr (№ 260).- S.14.