Azərbaycanlı
gənclər “I TÜRKSOY Türk
Dünyası Gənclik
Görüşü”ndə
iştirak ediblər
Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif
sahələrində uğurları
ilə fərqlənən
10 azərbaycanlı gənc
TÜRKSOY-un Qazaxıstanın
Almatı şəhərində
keçirdiyi “I TÜRKSOY Türk
Dünyası Gənclik
Görüşü”ndə
iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq
və birlik ruhunun gücləndirilməsi
məqsədi daşıyır.
Görüş çərçivəsində
iştirakçılar Türk
dünyasının mədəni
irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər.
Gənclərimiz ortaq
problemlərin həlli
və birgə layihələrin reallaşdırılması
istiqamətində təkliflər
irəli sürüb,
gənclər arasında
əlaqələrin daha
da irəliləməsi
üçün əməkdaşlıq
imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə
heyəti görüş
zamanı, həmçinin
ölkəmizin zəngin
mədəni irsini də tanıdaraq Türk dünyasının
bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan.-
2024.- 26 noyabr (№260).- S.20.