33 ildən
sonra dalğalanan bayraq
Qazaxın azad edilən 4 kəndində yaradılan
sərhəd zastavaları
ölkəmizin etibarlı
müdafiə halqasıdır
Vətən müharibəsindəki
Şanlı Zəfərimizdən
sonra yaranan yeni reallıqlardan biri də ölkəmizin
sərhəd toxunulmazlığının
təminatıdır.
Prezident İlham
Əliyevin yeni dövr üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasında
ən başlıca məqamlardan biri sərhədlərimizin qorunmasıdır.
Çünki Azərbaycanın
qələbəsini həzm
edə bilməyən,
uğurlarına sevinməyən
dairələr ölkəmizin
daxilində öz çirkin ssenarilərini həyata keçirmək və sabitliyi pozmaq üçün bütün vasitələrə
əl atırlar.
Hətta bunu Azərbaycanın uğurla
evsahibliyi etdiyi COP29 ərəfəsində nə
qədər gerçəkləşdirməyə
çalışsalar da,
bütün planlar bumeranq effekti verdi. Dünya bir daha Azərbaycanın
nəyə qadir olduğunu gördü.
Prezident İlham
Əliyev bütün
çıxışlarında suverenliyini tam təmin etmiş Azərbaycanın sərhədlərinin
toxunulmazlığı məsələsinə
xüsusi olaraq diqqət çəkir və bununla bağlı çox ciddi tapşırıqlarını
verir. Ölkəmizin sərhədləri elə
qorunmalıdır ki, ən kiçik təhlükə belə yaşanmasın. Məhz bu səbəbdən də Azərbaycan sərhədlərinin mühafizəsini
təşkil edən Dövlət Sərhəd
Xidmətinin üzərinə
böyük məsuliyyət
düşür.
Müzəffər Ali
Baş Komandanın rəhbərliyi altında
Dövlət Sərhəd
Xidməti ən müasir hərbi texnika və avadanlıqlarla təmin olunur. Yeni sərhəd
zastavaları tikilir, müasir infrastruktur yaradılır, sərhədçilərin
peşəkarlığı artırılır, onların
müasir qaydalara uyğun fəaliyyəti üçün böyük
tədbirlər görülür.
Sərhədçilər yaxşı
bilirlər ki, sərhəd hər bir dövlətin rəmzidir, müstəqil
dövlətin mühüm
amillərindən biridir
və onlar Müzəffər Ali Baş Komandanın əmrinə uyğun olaraq sərhədlərimizi
göz bəbəyi kimi qoruyurlar. Bunun nəticəsidir ki, Azərbaycanda sabitlik var, ictimai-siyasi
asayiş hökm sürür.
Bir sözlə,
ölkə daxilində
təhlükəsizliklə bağlı heç bir problem yoxdur.
Kənardan Azərbaycana
təxribat məqsədilə
gəlmək istəyən
qüvvələrin qarşısı
alınıb. Ölkə
əhalisinin təhlükəsizliyi
təmin olunub.
Ermənistan və
Gürcüstanla olan sərhədlərimizin hər
bir qarışı termal kameralarla izlənilir
Dövlət Sərhəd
Xidmətinin təşkilatçılığı
ilə Sərhəd Qoşunları Komandanlığının
"Şəmkir" Sərhəd
Dəstəsinin və
"Qazax" Əlahiddə
Sərhəd Diviziyasının
xidməti ərazisinə
təşkil edilən
mediatur zamanı bir daha yuxarıda
söylədiyimiz fikirlərə
əyani şahidlik etdik.
"Şəmkir" Sərhəd Dəstəsinin
fəaliyyəti ilə
tanışlıqdan sonra
təhlükəsizlik tədbirlərinə
riayət etməklə
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərinə
və şərti dövlət sərhədinə
dislokasiya olunan bölmələrdə və
sərhəd-döyüş məntəqələrində yaradılan
şəraitlə tanış
ola bildik. Şəmkirdən yola çıxıb bir neçə dəqiqəyə
Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarının "Qazax"
Əlahiddə Sərhəd
Diviziyasına yetişdik.
Xatırladaq ki,
2023-cü il avqustun
7-də Prezident İlham
Əliyev Qazax rayonuna səfəri çərçivəsində Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarının "Qazax"
Əlahiddə Sərhəd
Diviziyasında yaradılan
şəraitlə tanış
olmuşdur. 20,5 hektar ərazini əhatə edən hərbi hissə kompleksinə qərargah binası, 5 binadan ibarət 146 mənzilli yaşayış
kompleksi, yeməkxana, hamam, camaşırxana və tibb məntəqəsindən
ibarət əsgər
yataqxanası, şəxsi
heyətin xidmətinin
yüksək səviyyədə
aparılması üçün
lazımi şəraitlə
təmin edilmiş iş otaqları daxildir. Bununla yanaşı, kompleksin ərazisində helikopter meydançası, hərbi
texnikaların saxlanması
üçün avtomobil
parkı, avtomobil yuma və yanacaqdoldurma
məntəqələri, silah,
ərzaq və əşya-geyim anbarları,
içməli su anbarı, qazanxana binası mövcuddur.
Kompleksin idman şəhərciyində hərbi
qulluqçuların idmanla
məşğul olmaları
üçün zəruri
avadanlıq quraşdırılıb
və voleybol meydançası yaradılıb.
İstilik sistemi, daimi su və
elektrik enerjisi ilə təmin edilən kompleksdə ehtiyat generatorlar quraşdırılıb. Ərazidə
əsaslı tikinti-abadlıq
işləri aparılıb,
23 min kvadratmetr sahə asfaltlanıb, geniş yaşıllıq
salınıb, ağaclar
əkilib.
Xidmətin yüksək
səviyyədə aparılması,
şəxsi heyətin
döyüş qabiliyyətinin
təkmilləşdirilməsi, peşəkar vərdişlərinin
daha da inkişaf
etdirilməsi üçün
hərtərəfli şərait
yaradılıb.
Burada jurnalistlərə
"Qazax" Əlahiddə
Sərhəd Diviziyasının
xidməti istifadəsinə
verilmiş silah arsenalı, döyüş
texnikaları, yüksəkkeçidli
nəqliyyat vasitələri,
zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirildi.
Diviziyada yaradılan
müşahidə məntəqəsindən
isə Qazax rayonu boyu bütün
sərhəd zastavalarındakı
durumu müşahidə
və müxtəlif komandalarla idarə etmək də mümkündür. Müasir
standartlara uyğun HTC
tipli kameralarla təchiz olunmuş mərkəzdə Ermənistan
və Gürcüstanla
olan sərhədlərimizin
hər bir qarışı diqqətlə
izlənilir.
Həyəcan siqnalı
- dronlar havaya qalxır, sərhədçilər
itlər və atlarla hərəkətə
başlayırlar
Diviziyada yaradılan
şəraitlə tanışlıqdan
sonra bir güllə atılmadan işğaldan azad edilən Qazaxın kəndlərində yaradılan
sərhəd xidmətinin
fəaliyyəti ilə
maraqlanmaq üçün
yola düşürük.
Xatırladaq ki,
bu ilin mayında
Dövlət Sərhəd
Xidməti tərəfindən
nəzarətə götürülən
Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılı kəndlərində
Azərbaycanın Dövlət
Bayrağı ucaldılıb,
Dövlət himni oxunub.
Bizim də ilk istiqamətimiz Babəkər yüksəkliyidir.
O yüksəklik ki, həm Gürcüstan, həm də Ermənistanla sərhəddir.
Zastavaya çatan
kimi komandanlıq tərəfindən həyəcan
siqnalı verildi. Şərti sərhəd pozucularının zərərsizləşdirilməsi
əməliyyatını müşahidə
etdik. Sərhədçilərimiz
xüsusi itlər və atlarla hərəkət edərək
qısa zamanda sərhəd pozucularını
yaxalayırlar. Onlara bu işdə havadan müşahidəçilik
edən dronlar da yardım edir.
Məlumat verildi
ki, son dövrdə
dövlət sərhədini
10-20 kilometr məsafədə
həm gecə, həm də gündüz mühafizə
edə biləcək müasir kameraların tətbiqinə başlanılıb.
Eləcə də sərhəd pozucuları aşkarlanarkən, sərhəd
axtarışı həyata
keçirilərkən həmin
müasir dronlardan istifadə olunur. Həmçinin çətin
relyef şəraitində
sərhəd naryadlarının
rahat hərəkət
edə bilmədiyi istiqamətlərdə "KS-205" tipli sistemlər vasitəsilə sərhəd
pozucuları aşkarlanaraq
dərhal yaxalanır.
Sərhəd pozucularına
qarşı silahın
tətbiqi son vasitədir. Sərhəd pozucuları dövlət sərhədini qeyri-qanuni pozmağa cəhd göstərdikdə, sərhəd
naryadlarına silahlı
müqavimət göstərdikdə,
eləcə də digər təhlükəli
hallarda sərhəd naryadı tərəfindən
silah tətbiq olunur.
Ermənistanla sərhəddə
dalğalanan bayrağımız
düşmənə gözdağı
verir
"Babəkər" Sərhəd Zastavasının
fəaliyyəti ilə
tanış olduqdan sonra Qazax rayonunun
işğaldan azad olunan Xeyrımlı kəndinə yola düşürük.
Bu kənddə
DSX-nin Sərhəd Qoşunlarının hərbçiləri
xidmət göstərir.
Bir neçə metr irəlidə delimitasiya olunmuş Azərbaycan-Ermənistan sərhədi
görünür.
Zastavanın xidmət
göstərdiyi ərazidə
üçrəngli bayrağımız
dalğalanır. Buradan
qarşı tərəf
daim müşahidə
altında saxlanılır.
Hər hansı bir hərəkətlənmə
qeydə alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir.
Əvvəllər Ermənistan silahlı bölmələri bu yüksəkliklərdə oturub Məzəm kəndini atəş altında saxlayır, tez-tez təxribatlar törədirdilər. İndi üçrəngli bayrağımız düşmənə gözdağı verir. Zastavada əsgərlər üçün hər cür şərait yaradılıb. Kazarma, anbarlar, istirahət otaqları və sairə.
Modul tipli vasitələrdən ibarət
zastavanın yerində
gələcəkdə böyük
binalar inşa edilə bilər. Dövlət Sərhəd
Xidmətinin (DSX) Sərhəd
Qoşunlarının komandanı
general-leytenant Araz Məmmədov bizimlə söhbətində bildirdi
ki, gələn il Qazaxın yeni işğaldan azad olunan Xeyrımlı,
Aşağı Əskipara,
Bağanıs Ayrım
və Qızılhacılı
kəndlərində yeni
zastavaların inşa
edilməsi planlaşdırılır.
Mediaturun son ünvanı
"Avey" Sərhəd
Zastavası oldu.
Zastavanın xidmət
göstərdiyi ərazidə
üçrəngli Azərbaycan
bayrağı dalğalanır.
Buradan qarşı tərəf daim müşahidə altında
saxlanılır. Hər
hansı bir hərəkətlənmə qeydə
alınarsa, dərhal aidiyyəti üzrə məruzə edilir. Burada qədim alban məbədi də sərhədçilərimiz
tərəfindən qorunur.
Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunlarının hərbi
qulluqçusu, polkovnik-leytenant
Elnur Abdullayev dedi ki, sərhədçilər xidmət
etdikləri ərazidə
mədəni abidələri,
flora və faunanı
da qoruyurlar: "Bu kəndlərdə
hazırda sərhədçilər
xidməti yüksək
səviyyədə təşkil
edir. Eyni zamanda sərhədçilər
xidmət etdikləri ərazidə mədəni
abidələri, flora və
faunanı da qoruyurlar.
"Avey" Dövlət
Tarix-Mədəniyyət Qoruğu
yeddinci əsrdə tikilib. Bu qoruq Qazax rayonunun Daşsalahlı kəndində
yerləşir. Qoruq
DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi
tərəfindən qorunur.
Hazırda yerləşdiyimiz
yüksəklik Subsaksiz
yüksəliyi adlandırılır".
Burada xidmət
çəkən sərhədçilərimizlə
həmsöhbət olduq.
Sərhədçilər onlar
üçün yaradılan
şəraitdən məmnunluqlarını
ifadə edərək
ərazi bütövlüyü
və suverenliyi tam təmin edilən ölkəmizin sərhədlərinin
keşiyində alnıaçıq,
başı dik, ayıq-sayıq xidmət etməkdən qürur duyduqlarını bildirirlər.
Vətənin mühafizə
xəttini təşkil
edən Sərhəd Qoşunlarında yaradılan
şərait hər birimizdə xoş təəssürat yaradır.
Əmin olursan ki, hava şəraitindən asılı olmayaraq, gecə-gündüz sərhədlərimizin
keşiyini çəkən
Dövlət Sərhəd
Xidmətinin Sərhəd
Qoşunları sanki bir qalxandır. Ölkəmizin strateji maraqlarını qoruyan strateji qurumlardan biridir. Sərhəd Xidmətinin hərbi qulluqçuları ölkəmizin
qapılarını qoruyan
ən önəmli qəhrəmanlardır.
Onlar ölkəmizin
müdafiə halqasıdır...
Onlar daim ayıq-sayıq Vətən
keşikçisidirlər...
Onlar sülh
və təhlükə
arasında duran gözəgörünməz güvən
divarıdır.
Dövlət Sərhəd
Xidmətinin təşkil
etdiyi budəfəki mediaturda iştirak edən hər kəs bir daha
bütün bunlara canlı şahidlik etdi. Bir daha əmin olduq ki, Vətən sərhədləri
etibarlı əllərdədir.
Prezident İlham Əliyevin
qarşıya qoyduğu
strateji tapşırıq
uğurla icra olunur.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2024.- 27 noyabr
(№261).- S.7.